2026 il daxil olmaqla 40 qazi intihar edib. Bu 40 qazi sizin müdafiə etdiyiniz Çevik kimi vətəni qoruyub və sosial problemlər içində boğulanda “Ay çevik qazidir, qaziyə qalxan əl qırılmalıdır” deyənlər harda idiniz ?
Əlbətdə, Qaziyə qalxan əl qırılmalıdır. Mənim bu statusda ünvanım Çevik deyil. Onu müdafiə edən kütlənin Qazi adından istifadə etməsidir. Çevik qazidir və onu da qorumaq lazımdır. Lakin bu 40 qazini də qorumaq lazım idi onlar sosial mediada ağrılar içərisində müraciətlər edəndə. Xəstəxana, nazirlik, idarə və İH binaları önündə tək tənha qalanda Çevik, Velizar, Baboş və digərləri səhifəsində oturub bu qazilərin videolarının üstündən keçəndə susmaq lazım deyildi.
Çox söz yaza bilərəm. Lakin utanıram. Bu xalqın belə kütləsi ilə bir cəmiyyətdə yaşamaqdan utanıram. Bu qədər bir neçə üzlü, şərəfsiz və alçaq insanlarla bir havanı udmaq mənə əzab verir. Qazi müdafiə edənlər çıxıblar. Qazi adını dillərinə gətirirlər halbuki Qazilər intihar edəndə susmuş idilər.
Heç olmasa Qazilər intihar edəndən sonra bir dəfə Qazi adını dilinizə gətirib bircə kəlmə etiraz edərdiniz. Fotosun paylaşıb bir rəhmət deyərdiniz. Bir etiraz sözü yazardınız. Nəisə sizdən adam olmayıb olmayacaq da..
Nə deyim daha. Sadəcə ayıb olsun. Çevikə isə bu kütlə yaraşır. Çünki sabah da Çevikin ayaqlar altına qoyub əzən də bu kütlə olacaq.

