CəmiyyətGündəmİqtisadiyyatŞikayət

Ət yenidən bahalaşıb – Niyə?

Son günlər Azərbaycanda dana ətinin qiymətində yenidən artım müşahidə olunduğu bildirilir.
Sakinlərin yerli mediaya bildirdiyinə görə, ölkənin bəzi satış məntəqələrində sümüklü dana ətinin kiloqramı 18-19 manata, sümüksüz ət isə 23 manata satılır.

Ət satışı ilə məşğul olanlar isə təkcə mal ətinin deyil, quzu ətinin də kiloqramının 1-2 manat civarında bahalaşdığını bildirirlər.

Satıcılar qiymət artımını tədarükçülərdən məhsulun daha baha alınması, eləcə də mal-qara və yem çatışmazlığı ilə əlaqələndirirlər.

Bəzi satıcıların qiymət artımından sonra satışın azaldığını da deyirlər.

Müstəqil iqtisadçılar bahalaşmanı daxili tələbatın yerli istehsal hesabına tam ödənilməməsi, eləcə də ümumi inflyasiya ilə əlaqələndirirlər. (Toplum TV)

 

Oxşar xəbərlər

Trampın təmsilçiləri Kuşner‐Uitkoff cütlüyü ilk dəfə olaraq Ukraynaya səfər edib

redaktor

Qazi adını nə vaxt xatırladınız?

redaktor

Qorxan Sabir oldu, döyülən Şirvani…

redaktor