DünyaSiyasət

Vens İran məsələsində Azərbaycanın ABŞ- a yardım etdiyini bildirib

İlham Əliyev isə Qalibafa Azərbaycanın İrana dəstək verdiyini demişdi..

ABŞ vitse-prezidenti Vens hazırda İrana qarşı həyata keçirilən tədbirlərdə Azərbaycanın da adını Amerikaya kömək edən ölkələr sırasında çəkib. Azərbaycan hakimiyyəti Tramp adminstrasiyasından tərif eşitməyi nə qədər xoşlasa da, ancaq çətin ki, indiki vaxtda və şərtlərdə belə bir mövzuda bu tərif arzulanan olsun.

Yəqin ki, Bakı belə bir qiymətləndirmənin Tehranda eşidilməyəcək formada, diplomatik kanallar vasitəsilə ilə deyilməsini istəyərdi. Çünki Vensin açıq formada Azərbaycanın adını qeyd etməsi, o deməkdir ki, bu tərifə görə İrana izahat vermək lazım gələcək.

Xatırlayırsınızsa İran Parlamentinin sədri Qalıbafın Azərbaycana səfəri zamanı İlham Əliyev onunla görüşdə bildirmişdi ki, Azərbaycan müharibə zamanı İranı dəstəkləyib. O zaman sual yaranır ki, bu necə dəstəkdir ki, İrana hücum edən ABŞ- da Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edir?

İranın ABŞ-a dəstək verən ərəb ölkələrinə qarşı nə qədər sərt davrandığını hər kəs bilir. Belə bir vəziyyətdə Azərbaycanın da adının ABŞ-dəstək verən ölkələr arasında çəkilməsi müəyyən risqlər yaradır. Bu mövzunun həssaslığı bilindiyi halda, belə bir tərifin səslənməsi ümumiyyətlə nə qədər tərif hesab oluna bilər?

Onsuz da İranda müəyyən dairələr, xüsusi ilə hazırda bu ölkədə real hakimiyyəti əlində cəmləmiş SEPAH-a bağlı qrumlar Azərbaycanala bağlı vaxtaşırı hədə mesajları səsləndirir, müxtəlif bəhanələr axtarırlar. İndi bu məsələ ilə bağlı İranın reaksiyası necə olacaq bunu hələ ki, demək mümkün deyil. Ancaq bu məsələnin Azərbaycan İran münasibətlərinə təsiri göstərəcəyi ehtimalı yüksəkdir.

 

Fuad Qəhramanlı

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Prezidentinin ofisində axtarışlar aparılıb

redaktor

Zelenskini Donbası Rusiyaya təhvil verməkdən kimin çəkindirdiyi məlum olub

redaktor

Zaxarova Paşinyana sərt cavab verib: “Sən kişisən, yoxsa qadın?”

redaktor