Bu gün yenidən ABŞ-Rusiya arasında Ukrayna konfliktinin həlli ilə bağlı danışıqlara başlanıb. Putin Trampın elçiləri-Vitkov və Kuşneri qəbul edib, deyib: “vəziyyət, şübhəsiz ki, çətindir və biz bu gün məsələnin həll yollarını aramalıyıq.”.
Dünən isə, Putin çıxışında Ukrayna ilə birbaşa danışıqların lazımlı olduğunu söyləyib. Əvvəl isə, yalnız başqa dövlətlər vasitəsilə istəyirdi
Zelenskiy də dünən çıxışında bu danışıqların, ədalətli sülhün vacib olduğunu bəyan edib. Və Ukrayna və Rusiya tərəf hər ikisi bu danışıqlar dövrü atışmaml durdurub atəşkəs elan ediblər
Bir diqqətçəkən hal da odur ki, Kemldə danışıq iştirakçısı Putinin xarici investisiya və iqtisadi əməkdaşlıqlar üzrə xüsusi nümayəndəsi, Kirill Dmitriyev də iştirak edib. Yəni İqtisadi.məsələ
Nə gözləmək olar, bu dəfə?
Hansısa dəfə, axır ki, pozitiv nəticə olmalı idi. Məncə bu dəfə ola bilər. Rusiya və Ukrayna da artıq yorulub bu üzücü müharibədən. Yorulma isə, sülhə gəlmənin əsas şərtlərindən birsidir. Ya hansı tərəf qələbə çalanda, ya da müharibə saqqız kimi uzanıb, irəliləyiş olmayan, yorğun hal danışıq və sülhə gətirir. Tarixən belə olub.
Sülh necə ola bilər, təxminimlə?
Fikrimcə, Donbass (Donetsk və Luqansk) həm də Krım əraziləri Rusiya nəzarətində qalmaqla, dayanıqlı atəşkəs olar. Paralel olaraq Rusiya və ABŞ arasında Rusiyaya böyük investisiya üzrə layihələr başlanar. Eyni zamanda Ukraynaya da təbii ki, ölkəni dirçəltmək böyük Qərb layihələri.
Bir müddət, neçə illər keçəndən sonra Rusiya dirçələ və ölkəyə mütərəqqi hakimiyyət gələrək, ya elə Putinin özü də Rusiya Ukraynanın qalan ərazilərini tərk edər. Təxmi, Bişkek Protokolu, Ermənistanın (Rusiya ilə birlikdə) nəzarətində olan Qarabağ torpaqlarının tam Azərbaycana qayıdışı kimi. Bizdə bu, müharibə ilə baş tutdu, Ukraynada xoşluqla ola bilər, zaman, şəraitlə.
