DünyaSiyasət

Putin Ermənistana: İstəmirsinizsə, sabah gedərik

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə bildirib ki, Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Rusiya qoşunları hətta sabah çıxmağa hazırdır: “Biz heç nəyi heç kimə zorla qəbul etdirməyəcəyik.”

Maraqlıdır ki, cəmi bir neçə ay əvvəl Nikol Paşinyan bəyan etmişdi: “Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və narahatlığımız yoxdur.”

Amma Ermənistanın strateji istiqaməti dəyişir. İrəvan artıq Aİ-yə üzvlük üçün müraciət etmək niyyətini açıq şəkildə elan edib, təhlükəsizlik sahəsində də Avropa ilə əməkdaşlığı genişləndirir.

Putinin sözləri buna görə təsadüfi görünmür.

Avropa İttifaqına doğru gedən Ermənistanla Rusiyanın hərbi bazasının uzunmüddətli perspektivdə bir arada qalması getdikcə çətinləşir. Görünür, Moskva da artıq belə bir ehtimala hazırlaşır.

Putin əslində nə deyir?

Söhbət ilk növbədə Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasından gedir. Baza 1995-ci ildən Ermənistan ərazisindədir; 2010-cu ildə razılaşma 2044-cü ilə qədər uzadılıb.

Putinin formulunun siyasi mənası məncə belədir: “Əgər siz Qərbə getmək istəyirsinizsə, gedin. Amma onda Rusiyanın hərbi təhlükəsizlik çətirini də avtomatik olaraq saxlaya bilməzsiniz.”

Bəlkə də Cənubi Qafqazda növbəti böyük geosiyasi dəyişiklik məhz Gümrüdən başlayacaq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Cənubi Qafqazda yeni geopolitik savaş: sülhün taleyi böyük güclərin əlində

redaktor

İranın zərbələri ABŞ-ın regionda istədiyi təhlükəsizlik arxitekturasını gücləndirə bilər

redaktor

Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilməlidir

redaktor