25 C
Bakı
02 Sentyabr 2026 10:44
DünyaSiyasət

Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilməlidir

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Bişkekdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşünü zamanında atılmış addım hesab edirəm. Hindistanla münasibətlərin yenidən dəyərləndirilməsinin zəruriliyi haqqında son bir ildə youtebe çıxışlarımda, facebook yazılarımda və ictimai müzakirələrdə dəfələrlə fikir ifadə etmişəm.

Dünyanın böyüyən iqtisadi gücü, yeni texnologiyalar sahəsində öncül dövlətlərdən və “Pax Silka”-nın qurucularından biri olan Hindistanla soyuq münasibətlərin Azərbaycana zərər verdiyinə əmindim. Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilə bilər və qənaətimcə çevrilməlidir.

Duyğusal topluma bunu izah etmək çətin olsa da, bir daha cəhd edəcəm. Siyasətlə ədəbiyyatın fərqi ondadır ki, ədəbiyyatda yalnız ağlın məhsulu olan, duyğulardan uzaq əsərlər uğur qazana bilməz. Siyasətdə isə yalnız duyğu məhsulu olan, ağıl və məntiqə əsaslanmayan təşəbbüslər heç bir uğur qazana bilməz. Üstəlik, zərərli ola bilər.
Hindistanla münasibətlərin normallaşmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin önəmli rol oynadığı aydın görünür. Qırğızıstana səfərdən öncə Hindistanın Baş naziri Narendra Modi Özbəkistanda iki günlük rəsmi səfərdə olmuşdu. Səfər zamanı Hindistanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyəsinin bir neçə dəfə artırılması ilə bağlı anlaşmalar əldə edilmişdi.

Hindistanla strateji tərəfdaşlığın dərinləşdirilməsinin Özbəksitan və Mərkəzi Asiya (Türküstan) üçün həyati əhəmiyyət daşıdığı haqqında ayrıca yazmağa çalışacam. Hindistanın Özbəkistan və Türküstan ilə münasibətlərinin dərinləşməsinin Cənubi Qafqaza da müsbət təsir edəcəyinə əminəm. Cənubi Qafqazın Türküstanla vahid iqtisadi məkana çevrilməsi prosesinin başlanğacında olduğumuz üçün bir çox təşəbbüs və addım toplumda şübhə ilə qarşılana bilər. Ancaq bu böyük proses başlayıb və getdikcə dərinləşəcək. Ona görə də Hindistanla münasibətlərin strateji tərəfdaşlığa çevrilməsinin də çox da uzaqda olmadığına inanıram.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya dron hücumuna cavab olaraq Rusiya Evini bağlayır

admin

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

redaktor

Putin: “Ukrayna danışıqları dondurulub, amma ABŞ ilə əlaqələr davam edir”

redaktor