“Çevik” ləqəblə tanınan bloqer, Qarabağ qazisi Məqsəd Bağırovun vəhşicəsinə döyülməsi və ateist çıxışlarına görə, bunun radikal dindarlar tərəfindən edilməsi, Qəbələ rayon polisinin bu faktı üzrə araşdırma başlama xəbərləri yayılıb.
Biz də bu məsələ üzərində bir qədər dayanaq, çünki, ictimai və hüquqi vacib sayıram. Niyə?
Əvvəla, onu deyim ki, tək Allaha, Tanrıya inancı olub dinə inamlı olmayan, lap, Allaha da inancı olmayıb ateist olanı, fərq etmir, dinlərə, onların çoxsaylı inanclıları xatirinə, hörmət və ehtiram etsələr yaxşıdır. Amma hörmət etmirlərsə belə, bəzi bəyənmədiyi tərəflərinə mədəni etik halda tənqidi yanaşsalar da belə, dinləri təhqir etmək qəti olmaz, milyonlarla inanclını təhqir edərək.
Keçək, konkret məsələyə. Mən, M. Bağırovun verlişinə cəmi 2-3 dəfə ötərgi rast gəlmişəm, real düşüncəli, hazırcavab bilgili və həm çevik aparıcı, sivil ateist mövqeli olduğunu gördüm. Amma, verilişində qarşı tərəflə sozgüləşdirmə (bəlkə də, mövzu bunu tələb edir) olduğu üçün hər dəfə hövsələm çatmayıb, ötüb keçmişəm.
Fikrim necədir, konkret baş verən hadisəsi ilə bağlı? Əgər Məqsəd Bağırovun verilişində, ya davranışında təhqir, ya ictimai qaydalara zidd nəsə əməl varsa, qanunlara müvafiq cəzasını almalıdır. Əgər, Məqsəd Bağırov doğrudan da kənar şəxslər tərəfindən döyülübsə və xəsarət də alıbsa (almasa belə), bu hal, qrup şəklində xuliqanlıq əməlidir və müvafiq olaraq cəzalıdır.
Və əgər, bu bloqeri döyən şəxslər dini radikal ekstremist yönlüdürlərsə və bu əməli də onun dini tənqidi baxışlarına görə ediblərsə çox pis. Bu artıq, dini teokratik dövlətdə demək olmaz, amma, müasir dünyəvi prinsipli dövlətdə ciddi hadisə, ciddi yanaşılma, ciddi də cəza yaradır.
Çünki, ateistə, ya deistə (Allaha inanan, dinə yox) qarşı bu, açıq aydın vəhşiliyi göstərənlər, radikal fanat ekstremistlər, sabah bu hadisəni odlu ya, soyuq silah vasitəsilə istənilən şəxsə qarşı edə bilərlər. Nardaranda güllə, Gəncədə xəncərlə polis zabitlərini qətl təhlükəsi misalı.
