25 C
Bakı
01 Sentyabr 2026 18:21
DünyaSiyasət

Trampın “möhtəşəm planları” niyə bir-bir fiaskoya uğrayır?

Trampın Konqresə aralıq seçkilərlə, əslində dünya imperatoru olmaqla bağlı bütün “möhtəşəm” planları alt-üst oldu.

Ukraynada Rusiyanı özünə sərf edən şərtlərlə ən azı müharibəni dayandırmağa məcbur edə bilmədi

Çinə tarif müharibəsində qalib gəlmək istəyirdi – məğlub oldu.

İranda qısa müddətə parlaq qələbə qazanıb, Yaxın Şərq neftinə sahib olmalı idi – alınmadı.

Bu səbəbdən Çini və Rusiyanı özünə tabe etmək planı baş tutmadı.

İrana görə hətta Kubanı da indiyədək təslim edə bilməyib – hərbi əməliyyatlar üçün sursatı çatmır.

İran və Kubanı tuta bilsəydi, Qrenlandiyanı da sorğu-sualsız işğal edəcəkdi.

Güman ki, Qrenlandiyadan sonra Kanadanı da ABŞ-a birləşdirəcəkdi.

Yayda futbol üzrə dünya çempionatı oyunları və ABŞ-ın müstəqilliyinin 250 illik yubiley tədbirləri ilə reytinqini qaldırmağı planlaşdırmışdı – onlar da İrandakı biabırçılıq fonunda sönük alındı.

Bütün planları fiaskoya uğradığından avqustda heç olmasa bir məsələdə reytinq qazanmağa cəhd göstərdi. Trampın keçən ilki tarif siyasətinə cavab olaraq Kanada da ABŞ mallarına həm müvafiq tariflər tətbiq etmiş, həm də ABŞ mallarını boykot etməyə başlamışdı. Tramp Kanada ilə mövcud ticarət sazişinin yenilənməsi üzrə danışıqlarda təzyiq göstərdi ki, Kanada ABŞ mallarına tarifləri ləğv etsin (ABŞ isə bunun müqabilində Kanada mallarına guya tətbiq etmək istədiyi tarifi 50%-dən 15-25%-ə endirəcəkdi). Kanada bu “uşaq aldatmasına” getmədi və saziş üzrə danışıqlardan imtina etdi. İndi onlar arasında tarif müharibəsi daha da gərginləşib. Bu isə ABŞ, xüsusən də Kanada ilə sərhəd ştatları üçün bir çox malların bahalaşması deməkdir.

Hər şeydən əli üzülən Tramp yenidən yeganə “uğurlu” əməliyyatı olan Venesueladan yapışdı. 28 avqustda Tramp TruthSocial hesabında aşağıdakı “şad xəbəri” elan etdi:

“SON XƏBƏRLƏR: Amerika Birləşmiş Ştatları bu yaxınlarda Venesuela ilə DÜNYA TARİXİNDƏ ƏN BÖYÜK NEFT SAZİŞİ imzaladı. Mənim göstərişimlə dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset Venesuelanın çox hörmətli müvəqqəti prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq edərək, özəl bizneslə tərəfdaşlıq şəraitində Venesuelanın 65 MİLYARD BARRELDƏN çox təsdiqlənmiş neft ehtiyatlarının əksəriyyəti üzərində ABŞ-ın nəzarətini təmin etdilər – Amerika vergi ödəyicilərindən heç bir xərc tələb etmədən. Bu tarixi saziş Amerikanın neft ehtiyatlarını İKİ DƏFƏDƏN ÇOX artırır, neft tədarükümüzü əhəmiyyətli dərəcədə artırır və gələcəkdə uzun illər bütün amerikalılar üçün benzin qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq, eyni zamanda Venesuelanın böyük uğur və böyük rifaha doğru irəliləməsinə kömək edəcək. Bu saziş Venesuela ilə ABŞ arasında onsuz da inkişaf edən münasibətləri əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu sıçrayış məsələsinə diqqətinizə görə təşəkkür edirəm. AMERİKANI YENİDƏN BÖYÜK EDƏK! Prezident DONALD Cey TRAMP”

XXI əsrdə XVIII-XIX əsrlərə uyğun müstəmləkəçi bir sazişin böyük bir qələbə kimi şadyanalıqla elan olunması özü ayrı bir söhbətin mövzusudur. Mən başqa məsələyə toxunmaq istəyirəm.

Tramp bu “möhtəşəm” xəbərlə guya neft qiymətlərini endirməyə çalışır. Amma belə yalana uzağı 5 gün inana bilərlər. 5 gün sonra bazar fiziki nefti görməyəndə hər şey əksinə çevriləcək.

Düzdür, Venesuelnın nəhəng neft ehtiyatları var. Amma onu hasil etmək asan deyil. Hələ yanvar ayında Amerika neft şirkətləri hesablamışdılar ki, bunun üçün onlar Venesuelaya $100 milyarda yaxın investisiya qoymalı və azı 3-5 il gözləməlidirlər. O vaxtdan 7 ay keçib, lakin Venesuelaya əhəmiyyətli investisiya qoyan yoxdur. Çünki Venesuelada da, ABŞ-da da vəziyyət qeyri-müəyyəndir. Bu qədər pul qoyan şirkətin investisiyasının qorunacağına azı 10 illik təminatı olmalıdır (https://thehill.com/homenews/senate/6059052-democrats-slam-trump-venezuela-oil-deal/).

Yaxın günlərdə Tramp Amerika neft emalı zavodlarının sahibləri ilə görüşəcək (https://www.reuters.com/business/energy/trump-meet-refiners-fuel-retailers-iran-war-pressures-gas-prices-ahead-midterms-2026-08-27/) və onları seçkilərdən əvvəl yanacaq qiymətlərini aşağı salmağa inandırmağa çalışacaq. Lakin buna nail olma ehtimalı azdır. ABŞ-da daxili neft istehsalı artmır, Yaxın Şərqdən neft tədarükündə problemlər davam edir. Trampın sayəsində ABŞ-a ən böyük neft ixracatçısı olan Kanada ilə münasibətlərdə də gərginlik yaranıb – Kanada ABŞ-dan asılılığını azaltmaq üçün neftini Çinə, digər Uzaq Şərq ölkələrinə və Avropaya satmağa başlayıb…

Məncə, ABŞ-ın Venesuela neft ehtiyatlarını oğurlama sazişi Trampın Ukrayna yeraltı sərvətləri üzrə keçən il imzaladığı sazişin taleyini yaşaycaq – saziş var, amma heç bir iş yoxdur.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Fars şiə xurafatının növbəti nümunəsi

redaktor

İtaliya kəndləri xilas edir, Azərbaycan kəndləri boşalır

redaktor

“Onlar məni asacaqlar…”

redaktor