Bu gün Bişkekdə ŞƏT-in yubiley samiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Yayılan fotolardan göründüyü kimi görüşdə xarici işlər nazirləri, Prezidentin və Baş nazirin xarici siyasət məsələləri üzrə köməkçiləri (Hikmət Hacıyev, Alen Simonyan) ilə yanaşı Baş nazirin müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryan da yer alıb.
Bu, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında olan bütün mövzular müzakirə olunur.
İlk növbədə Ermənistanın hüquqi öhdəliklərinin icra mexanizmi, yəni yekun sülh sazişinin imzalanması üçün Bakının tələb etdiyi Konstitusiya dəyişikliyi;
Nəqliyyat marşrutları (TRİPP), xüsusi ilə Naxçıvanla quru əlaqəsinin təmini və regional kommunikasiyaların açılmasında praktiki addımlar;
Sərhəd komissiyalarının yerdəki iş planı və növbəti razılaşdırılacaq istiqamətlər;
Ölkələr arasında həyata keçirilən ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi və s. mövzular da gündəmdədir.

