21 C
Bakı
16 Oktyabr 2026 02:15
HadisəKriminal

Azərbaycanlılar Almaniyada səhv adamı qaçırdılar və buna görə məhkəmə qarşısına cıxarıldılar

Almaniyanın Vuppertal şəhərində qeyri-adi və tragikomik bir cinayət hadisəsi baş verib.

Almaniya mediasının məlumatlarına əsasən, maaşını ala bilməyən 44 yaşlı azərbaycanlı öz şefini qaçırtmaq istəyib, lakin səhvən tamamilə başqa bir şəxsi qaçırıb. Lap “Arşın mal alan” filmində Gülçöhrənin yerinə Asyanın qaçırılması səhnəsi kimi.

O, planı icra etmək üçün işə 35 yaşlı başqa bir azərbaycanlını cəlb edib. Planın icrası zamanı işlər tamamilə tərs gedib. 44 yaşlı əsas təşkilatçının rəhbərliyi ilə hərəkət edən 35 yaşlı köməkçi, hədəfdəki müdiri tanımadığı və ya səhv məlumat səbəbindən şef əvəzinə tamamilə günahsız və hadisəyə aidiyyatı olmayan başqa bir adamı qaçırıb avtomobilə basıb.Yanlış adamı qaçırdıqlarını və hədəfi səhv saldıqlarını anladıqdan sonra plan iflasa uğrayıb və cinayətin üstü açılıb.

Hər iki Azərbaycan vətəndaşı Almaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Onlar adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və təhdid ittihamları ilə Vuppertal Əyalət Məhkəməsi (Landgericht Wuppertal) qarşısına çıxarılıblar.

Məhkəmə prosesində müttəhimlərin məhkəmə zalına Almaniyada məşhur olan “Durstlöscher” meyvə şirəsi qutusu ilə gəlməsi və rahat davranışı sosial şəbəkələrdə alman istifadəçilər tərəfindən yumor və təəccüblə qarşılanıb.Məhkəmənin qərarı ilə planı quran şəxslərə 1 il 6 ay (18 ay) həbs cəzası verilib.

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin