29 C
Bakı
29 Avqust 2026 20:41
DünyaSiyasət

30 Avqust Tatarıstanın Dövlət Suverinliyi Günüdür

Tatarıstan Respublikasının Dövlət Suverenliyi Bəyannaməsi 30 avqust 1990-cı ildə Tatarıstan Ali Şurası (Soveti) tərəfindən qəbul olunub. İki il sonra, 21 mart 1992-ci ildə Tatarıstanda dövlət statusu ilə bağlı referendum keçirildi. Səsvermədə iştirak edən Tatarıstan vətəndaşlarının 61,4 faizi “Tatarıstan Respublikasının suveren bir dövlət olaraq beynəlxalq hüququn subyekti olması, Rusiya Federasiyası və digər respublikalar, eləcə də dövlətlərlə münasibətlərini bərabərhüquqlu müqavilələr əsasında qurması ilə razısınızmı?” sualına müsbət cavab verdi. Bu referendumun nəticələri tatar xalqının Tatarıstan müstəqilliyini bəyan etdiyinin sübutu, hüquqi təsdiqidir.

Rusiya Konstitusiya Məhkəməsinin 13 mart 1992-ci il tarixli 3-P saylı Qərarı ilə referendumun RSFSR-in 1978-ci il Konstitusiyasına zidd hesab etməsi Moskvanın xalqların və millətlərin öz siyasi statusunu, idarəetmə formasını və iqtisadi, sosial, mədəni inkişafını kənar müdaxilə olmadan sərbəst şəkildə müəyyən etmək hüququ olan öz müqəddəratını təyin etmə hüququnu tanımadığını göstərir.

Tatarısran Ali Şurası 21 mart 1992-ci referendumunun nəticələrini əsas götürərək 22 may 19912-ci ildə Tatarıstanın suveren dövlət statusu haqqında Qərar qəbul edib. Həmin ilin noyabrın 30-da Tatarıstan Respublikasının suveren dövlət elan edən yeni Konstitusiyası qəbul edilib.
Rusiyanın Çeçen İçkeriya Respublikasının müstəqilliyini boğmaq üçün çeçen xalqına qarşı törətdiyi soyqırımına beynəlxalq ictimaiyyətin, o cümlədən müsəlman dövlətlərinin səssiz qalması Tatarıstanı vadar etdi ki, Moskvanın yeni qətliamlarından yayınmaq üçün 19 aprel 2002-ci ildə Tatarıstan Respublikasının Rusiya Federasiyası Konstitusiyasına uyğunlaşdırılmış Konstitusiyasını qəbul etsin.

Bu Konstitusiya soyqırımı təhlükəsi qarşısında qəbul olunduğu üçün tatar xalqının iradəsini əks etdirmir. Ona görə də bu Konstitusiya Tatarıstan Ali Şurası (Soveti) tərəfindən 30 avqust 1990-cı ildə qəbul edilmiş Tatarıstan Respublikasının Dövlət Suverenliyi Bəyannaməsinin, Tatarıstan Respublikasının suveren bir dövlət olaraq beynəlxalq hüququn subyekti olmasını bəyan edən 21 mart 1992-ci ildə referendumun siyasi, hüquqi və ideoloji nəticələrinin üzərinə kölgə sala bilməz.
Rusiyanın dekolonizasiyasında Tatarıstan və Çeçenistanın müstəsna yeri və rolu var. Bütün bunlar haqqında Rusiyanın dekolonizasiyası ilə bağlı yeni məqaləmdə daha ətraflı yazmağa çalışacam. “Raşizmin qısa tarixi və Rusiyanın dekolonizasiyası” kitabımın bu prosesə önəmli təsir edəcəyinə inanıram.

30 Avqust Tatarıstanın Dövlət Suverinliyi Günüdür və hər bir Azərbaycan vətəndaşını qardaş tatar xalqı ilə həmrəylik göstərməyə çağırıram.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Britaniyanın Ukraynaya “qazı”: Can sizdən, pul bizdən

redaktor

Trampın İran planı və Azərbaycanın mövqeyi

redaktor

Erməni diasporuna qarşı Azərbaycanın da fəaliyyət proqramı olmalıdır

redaktor