İqtisadiyyat

Problemli kreditlər artır: bu gün borcalanın, sabah bankların problemi

Əsas problem problemli kreditlərin 723 milyon manata çatması deyil, onların 37,85 faiz artmasıdır.

Çünki 723 milyon manat hazırkı ümumi kredit portfelinin təxminən 2 faizinə bərabərdir. Beynəlxalq təcrübədə problemli kreditlərin 5 faizi keçməsi artıq xüsusi diqqət tələb edən səviyyə hesab olunur.
Azərbaycanda problemli kreditlərin payının indikindən dəfələrlə yüksək olduğu dövrlər olub. Məsələn, 2018-ci ildə bu göstərici 12 faizdən yuxarı idi. Ona görə indiki 2 faiz ətrafındakı səviyyə özü-özlüyündə təhlükəli deyil.

Amma 37,85 faizlik artım sürəti ciddi siqnaldır.
Bu gün 723 milyon manatlıq problem əsasən krediti qaytara bilməyən borcalanların problemidir. Bu arzuolunmaz dinamika bir müddət davam edərsə, bu bankların probleminə çevriləcək. Uzun müddət davam edərsə, onda bütövlükdə bank sektorunun probleminə çevriləcək.

Ona görə də bu göstəriciyə təkcə bugünkü 723 milyon manat və ya 2 faiz səviyyəsindən baxmaq olmaz.

Banklar artımın səbəblərini araşdırmalı, Mərkəzi Bank isə bu dinamikanı diqqətlə izləməlidir. Çünki proses vaxtında nəzarətə alınmasa, problem borcalanlardan banklara, bank sektorundan isə bütövlükdə maliyyə sisteminə keçə bilər.

 

Eldəniz Əmirov

Tacxeber.com

Oxşar xəbərlər

Biznesi boğan sistem, iqtisadiyyatı da boğur

redaktor

İran adlanan ölkədə, bir yumurtanın qiymətində görünən böyük iqtisadi böhran

redaktor

Azərbaycanın real ixracı Gürcüstandan niyə geri qalır?

redaktor