23 C
Bakı
15 Oktyabr 2026 14:56
İdman

Futbol bağışlamır

Sən ehtiyat qüvvəni vaxtında qurmayacaqsansa, vaxtında çatdırmayacaqsansa, Avropaya yarımçıq, kal planla hazırlaşacaqsansa, “birdən alındı” prinsipinə əsaslanıb oynayacaqsansa, olacağı, görəcəyin budur.

Yabayla tank üstünə getməzlər. O tank könhə, zirehi zəif, silahı əvvəlki kimi olmasa da, tankdır.

Səfərdə alındı, ağıllı oyun oynandı, əldəki imkanlara uyğun maksimum nəticə əldə edildi. Amma cavab matçını bu bəxt hesabına keçmək fikri yanlış idi.

Futbol ona ciddi yanaşmayanları, istəyini, əzmini sona qədər ortaya qoymayanları sevmir və heç vaxt bağışlamır. Bir dəfə də bağışlamır.

Ardıcıl 12 əsas mərhələdən sonrakı – 13-cü mövsüm nəhs gəldi. “Qarabağ” bu il Avropada olmayacaq.

 

Kənan Məstəliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Diqqət! Azərbaycan derbisi gəlir…

admin

“Ağılla Rusiya dərk edilməz…”

admin

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin