Türkiyə və İsrail yenidən Azərbaycanın vasitəçiliyini qəbul ediblərsə, məqsəd bu iki ölkəni barışdırmaq olmayacaq. Bu indiki şərtlər altında mümkün deyil. Əsas məqsəd iki ölkə arasında gərginliyin azaldılmasına nail olmaqdır. İsrail və Türkiyə Suriya üzərindən toqquşmaya çox yaxındırlar.
Suriya və İsrail rəsmiləri İordaniyada görüşüb gərginliyi aradan qaldırmağa çalışırlar. İkinci müzakirə platforması yenə Bakı ola bilər. İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir. Türkiyə isə Suriya ilə hərbi ittifaqın İsrailə dəxli olmadığı qənaətindədir.
Bu fərqli yanaşmada ortaq məxrəci tapmaq çətin olsa da, hər halda Ankara ilə Tel-Əviv arasında dialoq formatı bölgə sabitliyi üçün daha faydalıdır.
