Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bildirib ki, Kiyev müharibə zamanı tədricən Moskvaya mövqelərini itirir.
“Düşünürəm ki, hazırda irəliləyiş yolumuzu müəyyən edəcək bir dönüş nöqtəsindəyik, amma görünür ki, biz (müharibədə) yavaş-yavaş uduzuruq”, – deyə o, Reuters agentliyinə bildirib.
Fedorovun sözlərinə görə, Ukrayna münaqişəyə ən qısa müddətdə son qoymaq üçün bir plan hazırlamalıdır. O, ölkənin “ciddi strateji dəyişikliklər etmək” üçün cəmi bir neçə ayı olduğunu düşünür.
Eyni zamanda, keçmiş nazir Ukraynanın “innovasiyaları tətbiq edə bilməməsi, kök salmış korrupsiya və qohumbazlıq, eləcə də dövlət qurumlarında siyasi müstəqilliyin olmaması” ilə üzləşdiyini bildirib.
Fedorov həmçinin Ukrayna dövlət qurumlarının səmərəliliyini tənqid etdi və dövlətin potensialının yalnız “5%-dən” istifadə etdiyini bildirdi.
Keçmiş nazir həmçinin Prezident Volodymyr Zelenskinin xarici qüvvələrin Ukraynanı seçkilərə məcbur etməsi iddialarını da rədd etdi. Fedorovun sözlərinə görə, müharibə zamanı səsvermənin təşkili ilə bağlı ciddi logistik çətinliklərə baxmayaraq, Ukrayna seçkilərin keçirilməsi üçün innovativ həllər tapa biləcək.
