DünyaSiyasət

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan xalqları “ən yaxşı sülhməramlılar”dır və buna görə də respublikanın xarici sülhməramlılara ehtiyacı yoxdur.

Parlamentdəki çıxışı zamanı Paşinyan müxalifətdəki “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarına müraciət edərək bildirib ki, onların məqsədi ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) sülhməramlı kontingent göndərməkdir.

“Məqsədiniz KTMT sülhməramlılarının Ermənistana girməsidir. Orada KTMT sülhməramlıları və ümumiyyətlə xarici sülhməramlılar olmayacaq”, – deyə Paşinyan bildirib.

Ermənistanın Baş naziri vurğulayıb ki, Yerevan xarici sülhməramlı qüvvələri cəlb etmək niyyətində deyil, çünki o, Bakı ilə münasibətlərin tənzimlənməsini sülhün qorunması üçün kifayət qədər əsas hesab edir.

Paşinyan qeyd edib ki, “bu olmayacaq, çünki sülh bərqərar olub, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin

Ermənistanda keçmiş prezident Robert Köçəryan və oğlu saxlanılıb

admin