22 C
Bakı
15 Oktyabr 2026 23:12
DünyaSiyasət

Ynet: Azərbaycan İsrail və Türkiyəni gizli şəkildə barışdırmağa çalışır

Azərbaycan İsrail və Türkiyə arasında gərginliyin azaldılması istiqamətində pərdəarxası fəaliyyət göstərir. Ynet portalı bu barədə İsrail mənbələrinə istinadən məlumat yayıb.
Vəziyyətlə tanış olan digər mənbə portalın məlumatına görə, Bakı Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə arasında yaranmış gərginlikdən “çox narahatdır”.

Ynetin yazdığına görə, ABŞ da tərəflər arasında gərginliyin azaldılması istiqamətində çalışır. Lakin İsrail ABŞ-ın Ankaradakı səfiri Tom Barraka “açıq şəkildə etibar etmir”.

Portal qeyd edir ki, məhz bir il əvvəl Azərbaycan İsrail və Türkiyə arasında birbaşa dialoqun başlanmasına təşəbbüs göstərib. Nəticədə iki ölkənin Suriya ilə bağlı operativ koordinasiya mexanizminin yaradılması barədə razılıq əldə olunub.

Bundan əvvəl İsrailin dövlət yayım şirkəti Kan da bir mənbəyə istinadən İsrail və Türkiyə arasında qarşıdurmaların qarşısını almaq məqsədilə gizli əlaqə kanallarının fəaliyyət göstərdiyini bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor