Gürcüstan 2026-cı ilin ilk 7 ayında (yanvar-iyul) 3 mlrd. 870 mln. dollarlıq mal-məhsul ixrac edib – 2025-ci ilin eyni dövrü ilə müqaisədə 20%-lik artım var.
Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında 19 mlrd. 335 mln. dollarlıq mal-məhsul ixrac edib. Bu məbləğın 13 mlrd. 402 mln. dolları neft-qaz, neft məhsullarıdır. Hökumətin təsnifatında qeyri-neft sektoru kimi qeyd olunan sahənin ixracı 5 mlrd. 933 mln. dollar olub – ilk baxışdan yaxşı göstəricidir.
Amma, təsnifatda qeyri-neft ixracı kimi qeyd olunan məhsulların siyahasında ən yüksək paya 7108 kodu ilə, “işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla)”, adlı məhsul yer alır. 2026-cı ilin ilk 7 ayında bu kodla ixrac 3 mlrd. 707 mln. dollar olub – bu da, qeyri-neft ixracımızın 62%-dən çoxdur.
Beləliklə, qeyri-neft ixracı adlanan rəqəmlərdən qızılı çıxsaq, yerdə cəmi 2 mlrd. 226 mln. dollar qalır.
Məhz buna görə illərdir publik çıxışlarımızda deyirik ki, “neft-qaz və qeyri-neft sektoru”, təsnifatı yanlışdır, mənzərəni tam əks etdirmir. İqtisadiyyatda, ixracda bölgü, “resurs və qeyri-resur” sektoru olmalıdır. Elmi və doğru olan budur – qara qızıl da, sarı qızıl da təbii resursdur, heç bir fərqi yoxdur.
Əgər təsnifatı belə aparsaq, bu ilin ilk 7 ayında qeyri-resurs ixracımız cəmi 2,2 mlrd dollar olub ki, bu da iqtisadiyyatının, ixracını tamamı qeyri-resurs olan Gürcüstandan eyni dövrdə 1,6 mlrd. dollar azdır. Ərazimiz daha böyük, əhalimiz 2 dəfədən də artıqdır, amma, real iqtisadiyyatın yaratdığı mal-məhsulların ixaracında Gürcüstandan xeyli geri qalırıq…
