17 avqustda Tramp Oval ofisdə jurnalistin sualına cavabında dedi ki, “dostu” Kim Çen In ona zəng edib: https://www.facebook.com/share/v/14qoqeoJsxo/
Tramp İranla, Çinlə, Rusiya, hətta Kanada ilə danışıqlarda fiaskoya uğrayıb. Seçkiqabağı Kimlə görüşmək istəyir ki, heç olmasa bundan şou düzəldib, reytinqini yüksəltsin.
21 avqustda məlum oldu ki, Trampın Kim ilə görüşmək təklifinə cavab olaraq Şimali Koreya ABŞ-la kontaktlarda heç bir marağının olmadığını bildirib:
“Şimali Koreya üçün ABŞ prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimləri məhdudlaşdırmaq üzrə atdığı son addımlar maraqlı deyil. Məhdudlaşdırılan təlimlər də təxribatçı və aqressivdir. Əgər ABŞ son addımlarının xoşməramlılıq və dostluq əlaməti kimi qəbul ediləcəyini gözləyirsə, onlar arzuladıqları cavabı almayacaqlar. Bu bizim üçün maraq kəsb etmir.”
Şimali Koreya liderinin bacısı Kim Yo Çjonun isə Trampın Kimin onun xahişinə cavab verməsi ilə bağlı iddiasını təkzib edərək, “Pxenyan və Vaşinqton arasında hər hansı bir əlaqədən xəbərsiz olduğunu” bildirib.
Tramp əvvəl gözəgörünməz iranlılarla danışırdı. İndi də gözəgörünməz koreyalılarla danışır.
Məncə, 6-cı palatadan bir pasiyent qaçıb və özünü prezident kimi təqdim edir.
