31 C
Bakı
21 Avqust 2026 13:40
İdman

Qurban Qurbanov yenə “Milli Qəhrəman” oldu

“Qarabağ” Avropada növbəti qələbəsini qazandı və köhnə virus yenidən yayıldı.

Qurban Qurbanov dahidir!

Qurban Qurbanov əvəzolunmazdır!

Qurban Qurbanov Azərbaycan futbolunun xilaskarıdır!

Bir məğlubiyyət gözləyin…

Elə həmin adamların bir hissəsi yazacaq:

Qurban Qurbanov getməlidir!

Komandanı məhv etdi!

Futboldan başı çıxmır!

Mənim başa düşmədiyim budur: Qurban Qurbanov bir oyunun içində nə dahi olur, nə də savadsız məşqçi.

“Qarabağ” da bir qələbə ilə dünyanın ən güclü komandası, bir məğlubiyyətlə ən zəif komandası olmur.

Komandanı seviriksə, qələbəsində də yanında olaq, məğlubiyyətində də. Tənqid edək, amma dünən göyə qaldırdığımız adamı sabah yerə çırpmayaq.

Çünki futbol sürüşkən ola bilər.

Mövqe bu qədər sürüşkən olmamalıdır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” “Tvente”yə qarşı

admin

Həyat yoldaşları saçyolduya çıxdı – Oteldə dava

admin

Çempionlar Liqasında pley-off başlayır

admin