Türkiyə şirkəti tərəfindən idarə olunan Volgo Balt 226 gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb. Gəmidə olan 10 Azərbaycan və bir Gürcüstan vətəndaşından heç biri xəsarət almayıb. Maritime Voice xəbər verir ki, yük gəmisi Türkiyənin Trabzon limanına gedir.
Hücum nəticəsində kapitanın körpüsünə və yaşayış binasına ciddi ziyan dəyib.
Azov Gəmiçiliyinə məxsus Volgo Balt 226 1980-ci ildə inşa edilib. Quru yük gəmisi Komor Adaları İttifaqının bayrağı altında üzür.
