31 C
Bakı
21 Avqust 2026 16:17
DünyaHadisəKriminal

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

Dəyərli və istedadlı jurnalist həmyerlimiz Orxan Camalın faciəli qətlindən 8 ili ötdü. Kremlin əli görünən, daha iki dostu jurnalistlə birlikdə qətl hadisəsini araşdırma yazımı bir daha paylaşım.

ORXAN CAMALIN QƏTLİ, FACİƏSİ.
(Uzaq Afrikadakı faciədə Kreml izi).

(Təhqiqatın təsviri hissəsi, 1-ci yazı).

Vətən oğlumuz, məşhur jurnalist, araşdırmaçı, Rusiyada yaşayan Orxan Camalın, 2 həmkarla birlikdə müəmmalı və amansız qətlindən artıq, 4 il ötür. Qətlin üstü hələ də açılmayıb. Və heç, kifayət edici istintaq prosedurları aparılmayıb. Rəsmi hüquq sistemləri bunda maraqsızdırlar. Demək, müstəqil araşdırmamıza ehtiyac qalır.

Kimdir, Azərbaycan üçün Orxan Camal?

O. Camal azərbaycanlı (Qarabağ) əsilli rusiyalı, ictimai xadim, rəssam Cövdət Camalın nəvəsi, böyük mütəfəkkir-türkçü və şərqşünas-yazar, Azərbaycan vətənçisi Heydər Camalın oğlu idi. İstedadlı jurnalist Orxan atası Heydər Camalln yolu ilə, türkçülüyə, Azərbaycana çox yaxın idi.

Fəaliyyəti…

Bir çox məşhur teleproqramların rejissoru, xeyli nəşrlərin yazarı, xeyli qaynar, savaş nöqtələrdə hərbi jurnalist fəaliyyətində olub. 2011-ci ildə, Liviyadakı döyüşlərdə çəkiliş zamanı yaralanıb. Araşdırmaçı jurnalist kimi bir çox təltifləri olub. Son illər, Rusiya hakimiyyətini narahat edici bir sıra araşdırma fəaliyyəti ilə məşğul idi, hansı ki, Kreml gizlinlərinə işıq salıb, onu qıcıqlandırırdı.

Orxan Camal 31 iyul 2018-də, Mərkəzi Afrika Respublikasında, Kremlin qeyri-formal silahlı “Vaqner” qrupunun həmin ölkədəki fəaliyyəti barədə araşdırma çəkilişləri edərkən operator K. Radçenko və həm rejissor A. Ratorquyevlə birlikdə qətlə yetirilib. Bu qətlin açılması, hələ də müəmma olaraq qalır və gec-tez açılacaq.

Qətl hadisəsi və qətl ətrafı proseslər…

Orxan Camal və 2 həmkarının qətlə yetirildiyi Mərkəzi Afrika Respublikası uzun illərdən bəri ölkədaxili milli etnik və həm də, konfessiyalar (xristian-islam) çəkişməsi, savaşı, meydanıdır. Bir ara BMT bu işə qarışdı və hər iki dinin eyni sayda nümayəndəsinin iştirakı ilə parlamentin qurulmasını təklif etdi. Prezident Bokassa isə xristian tərəf olaraq bu təklifə razı olmadı. Və bundan sonra, 2017–ci ildən başlayıb, Rusiya ilə əlaqə qurub özünü üsyançılardan müdafiə taktikasına keçdi. Rusiya da dərhal Suriyadakı kimi, əvvəl, hərbi təlimatçılarını, sonra məlum “Vaqner” qeyri-formal hərbçilərini yerləşdirdi. Ölkənin zəngin qızıl yataqlarını Rusiya “işlədir”. Bokasanın müşaviri, mühafizəçiləri də rusdur. Ölkənin əksər hissəsinə “Vaqner” nəzarət edir.

“Vaqner” qruplaşması…

Rusiyada yaradılmış formal hərbi şirkətdir. Və faktiki isə, hakimiyyətə bağlıdır. Putinin yaxın biznemen dostu Yevgeniy Priqojinin təminatı, təşkili və rəhbərliyində movcuddur. Tərkibində minlərlə keçmiş hərbi və xüsusi xidmət orqanı əməkdaşları, yaraqlıları var. Burada ideya odur ki, qruplaşma Moskvanın göstərişilə dünyanın müxtəlif yerlərində hərbi tapşırıqlar, təxribatlar yerinə yetirir, ancaq yeri gələndə Moskva deyir ki, bu özəl şirkətdir və dövlətə aidiyyəti yoxdur. Suriya, Krım, Liviya, Belarus və sair nöqtələrdə “Vaqner” ÇVK (ÖHK) ‘xüsusi fəaliyyət’ göstərib.

Orxan Camal və 2 həmkarının qətli hadisəsi…

2018-ilin may ayı. “Vaqner” dəstəsinin Mərkəzi Afrika Respublikasında peyda olması xəbərləri yayıldı. Moskvada “Təhqiqatlar İdarəsi Mərkəzi” adı ilə müstəqil kimi fəaliyyət göstərən təşkilat var (sonradan “müstəqilliyi” sual altına düşdü). Təşkikat Orxana təklif edir ki, Afrikaya “Vaqner” qrupun fəaliyyətini araşdırmağa getmək şansı var, Orxan istəsə maddi tərəfini Təşkikat ödəyir. Təklif hərbi jurnalist və həm Kremlin gizlinlərini araşdıran Orxana və həmkarlarına maraqlı gəlir.

Plana görə, MAR paytaxtında Orxan-gili Martin adlı, BMT strukturları ilə əlaqəli və həm də yerli şəraiti tanıyan şəxs qarşılamalıdır iyulun 28-də. Və faciəyə yönələn proseslər buradan başlanır:

▪️Nədənsə, paytaxt Banqiyə uçan reys 2 gün əvvələ dəyişdirilir, jurnalistlər 26-sı uçmalı olur.
▪️Martin jurnalist Qrupunu qarşılamır, telefon ilə yazır ki, o paytaxtdan 300 km. aralı Bambari şəhərindəndir və Benyevno adlı öz sürücsünü göndərəcək.
▪️Enərkən sürücü ilə əlaqə yarada bilmirlər və jurnalistlər uzaq Afrikada tənha qalaraq taksilə bir otelə yetişirlər.
▪️Həmin günün axşamı, sürücü Benyevno ilə görüşürlər. 29 iyulda həmin sürücü ilə birlikdə Rusiyanın hərbi mütəxəssisləri olan, yaxındakı hərbi bazaya gedirlər, ancaq içər buraxılmırlar.
▪️30 iyulda jurnalist qrupu guya, Martin olan Bambari şəhərinə yola düşür, harda ki, Vaqner silahlılarının mühafizə etdiyi qızıl yataqları var.
▪️Ancaq yolda plan dəyişir, Sibut adlı yaşayış məntəqəsindən istiqamət şimala Dekoa tərəfə yönəldilir. Sibutdan saat 19-da hava qaralana yaxın çıxırlar, 20 km gedəndən sonra qaranlıq vaxtı avtomobil silahlılar tərəfindən saxlanılır…
▪️Camalı, Dadçenko və Rastorqyevlə birlikdə avtomatdan atəşlə qətlə yetirirlər. Jurnalistləri müşaiyət edən həminki sürücü Benveniyu isə, nədənsə (!) sağ qalır. Jurnalistlərin komputeri və kameraları götürülür, pulları, üzüklərisə yox.
▪️BMT kontingenti hərbçiləri isə 31 iyul səhər saat 6-da, sonrasan hadisə yerinə gəlib çıxırlar.

Sonradan isə aydın olur ki, Martin adlı şəxs heç ümumiyyətlə yox imiş. Onun adı ilə yazışan kim olubsa bu telefonla 300 km aralı şəhərdə deyil, paytaxtda jurnalistlərin həndəvərindən yazışıb. Jurnalistlər ölkəyə girəndən nəzarətdə olublar.

Aydın olub ki, sürücü Benvenyu MAR-ın sabiq xüsusi xidmət orqanı əməkdaşı imiş. Və daima jurnalistləri müşaiyətdə o həndəvərdəki yuxarı xüsusi xidmət zabiti Kotofionun telefonla əmr və tapşırıqları ilə fəaliyyətini koordinasiya edib.

Mobil rabitə operatordan alınan daha sonrakı məlumatlara görə həmin xüsusi xidmət zabiti Kotofio həmin ölkədə olan Rusiyalı Aleksandr Sotovla o ərəfədə daima, aktiv rabitədə olub.

Daha sonrakı araşdırmada isə məlum olub ki, A. Sotov MAR prezidentinin təhlükəsizlik üzrə məsləhətçisi, Valeriy Zaxarovun tabeliyindəki xüsusi xidmət zabitidir. Və Valeriy Zaxarov isə, “Vaqner” qrupunu təşkil, kurasiya, təmin edən Kremlə yaxın olan Priqojinlə yaxın əlaqədədir.
(Bunlar hamısı təsdiqli məlumatlar, faktlardır).

Vəssalam, gördünüz ipin ucu gedib hara çıxdı, üç tanınmış gənc istedadlı jurnalistin ömür izi. Bu ğörünür ki, Orxan Afrikaya planlı yönəldilib. Afrika isə bu qətl üçün çox yaxşı uyğun yer idi və bu tələyə salındı yazıq Orxan və həmkarları.

P. S.
Qeyd edim ki, bu hələ ki, araşdırmadan öncə, qətl hadisəsi və ətrafındakı proseslərin yalnız ilkin təsviri hissəsidir. Hələ qarşıda daha dərin detallı və köklü, əsaslı araşdırmamız olmalıdır. Və hadisə ilə bağlı bir sıra tutarlı detal faktları sonrakı yazılarımıza saxlamağı münasib bildik.

İlqar Altay,
Ictimai Təhqiqatlar Mərkəzi,
Hüquqşünas-kriminalist (Ph. D.)

Şəkillərdə, qətl edilən Orxan Camal və daha iki jurnalist dostu, hadisə baş verdiyi təsvir, ərazi.

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Zelenskiyə kömək əlini uzadır…

redaktor

Tramp Zelenskini rədd etdi

redaktor

“Türkiyə İran deyil”: Barak Netanyahunu tənqid atəşinə tutub

redaktor