16 C
Bakı
04 Oktyabr 2026 22:38
DünyaMuharibə

Eskalasiya həddini keçir: dünya daha böyük müharibəyə gedir

Bu gecə işğalçı Rusiya ordusu Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb, böyük dağıntı var, sabah matəm elan olunub.

Ukrayna xeyli müddətdir, ballistik raketlərə qarşı istifadə edən Pac3 rakaet tutucularının olmamasından əziyyət çəkir, işğalçı da fürsət bilib, daha çox insan öldürməyə, infrastrukturu dağıtmağa çalışır.

Tramp administrasiyası da deyir ki, bizim prioritetimiz Ukraynanı raketdən qorumaq deyil, boşalan hərbi anbarlarımızı doldurmaqdır. Avropa deyir, nə qədər lazımdır, pul veririk…Çox çətin durumdu…
Zelenski vəd edib ki, bu hücumların qisası alınacaq. Hərbi ekspertlər bildirilər ki, artıq Ukrayna özünün ballistik raket proqramını təkmilləşdirib, yaxın günlərdə Moskva və digər şəhərləri onlar da təkcə dronlarla deyil, qanadlı raketlərlə vuracaqlar.

Göründüyü kimi eskalasiya böyüyür, zərbələrin dairəsi genişlənir, dinc insanların tələfatı artır.
İkinci Dünya müharibəsindən bəri bəzşəriyyət belə acınacaqlı vəziyyətə düşməmişdi, çünki küçədən gələn belə vəhşi xislətli adamlar eyni vaxtda dünyanın ən böyük ölkələrini idarə etməyiblər.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevə qarşı terror zərbələri davam edir. Və bu, qətiyyən təsadüf deyil

redaktor

ABŞ qoşunlarının İraqdan çıxışı: strateji geriçəkilmə, yoxsa yeni oyunun başlanğıcı?

redaktor

Dövlətçilik və xarici siyasət haqqında qeydlər

redaktor