İdmanQalmaqal

Həyat yoldaşları saçyolduya çıxdı – Oteldə dava

Futbol üzrə Misir millisinin baş məşqçisi Hossam Hassan ailəsində baş verən qalmaqalla gündəmə gəlib.

“Al Arabiya”nın məlumatına görə, hadisə Misirin şimal sahilindəki Porto Marina kurortunda yerləşən lüks otellərdən birində baş verib.

Hassanın uzun illərdir birlikdə olduğu həyat yoldaşı Hovayda Əl-Qarbavi ilə ikinci həyat yoldaşı Dina Mustafa arasında əvvəlcə mübahisə yaranıb. Daha sonra mübahisə fiziki qarşıdurmaya çevrilib və qadınlar bir-birinin saçını dartıblar. Hadisəyə qohumlar və otelin mühafizəçiləri müdaxilə edib. Hər iki qadının yüngül xəsarətlər aldığı bildirilir.

“Al Arabiya”nın iddiasına görə, Hassan tərəfləri ayırmağa çalışarkən huşunu itirib. Lakin onun vəkili “Sky News Arabia”ya açıqlamasında məşqçinin səhhətində problem yaranması barədə xəbərləri təkzib edib və Hassanın sağlam olduğunu bildirib.

Hadisədən sonra Hossam Hassanın ilk həyat yoldaşı Hovayda Əl-Qarbavidən boşandığı və Qahirədə rəsmi boşanma sənədlərini imzaladığı bildirilir.

Hassan və Hovaydanın üç övladı var. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çempionlar Liqasında pley-off başlayır

admin

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

“Qarabağ” Zubirin getdiyini – Rəsmən açıqladı

admin