29 C
Bakı
18 Avqust 2026 19:51
CəmiyyətDünyaŞikayət

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

Azərsun Holdinq”ə məxsus “Bizim Tarla” markasının xaricə ixrac olunan çiyələk mürəbbəsindən qurd çıxıb.

Tacxeber.com xəbər verir ki, bu halla Dubayda yaşayan aparıcı həmyerlimiz Yeganə Həsənova qarşılaşıb.

O, sosial şəbəkə hesabında paylaşım edərək məhsuldan qurd çıxmasına etiraz edib:

“3 ildir Dubayda yaşayıram, indiyədək aldığım heç bir məhsulun içindən qurd-quş çıxmayıb. Dünən marketdə “Bizim tarla”nın çiyələk mürəbbəsini gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma, unutdum bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını… “.

Y.Həsənova bildirib ki, məsələ ilə bağlı “Dubay Municipality”yə müraciət edəcəyi təqdirdə məhsul satışdan çıxarılacaq və ciddi cəza tətbiq olunacaq:

“Bura Azərbaycan deyil e, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız! Biraz vicdanla çalışın da! Ayıb olsun!”

“Azərsun Holdinq”dən “Bakupost”un sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı qurumun Keyfiyyətə nəzarət direktorluğu tərəfindən araşdırma başladılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor