27 C
Bakı
17 Avqust 2026 15:57
CəmiyyətŞikayət

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin yaxınları onun saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində lazımi tibbi yardımla təmin olunmadığını bildirirlər.

Yaxınlarının “Abzas Media”ya verdiyi məlumata görə, Həsənli xəstələnsə də, müəssisənin tibb məntəqəsində ona uyğun müalicə təyin edilmir.

Onların vurğulamalarına görə, tibb məntəqəsi jurnalistə yalnız ucuz dərmanlar verir. Bu açıqlamaya aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Son vaxtlar həbsdə olan ayrı-ayrı ictimai fəallar, müxalifətçilər tez-tez lazımı müayinə və müalicədən məhrum qaldıqlarını açıqlayırlar. Amma Penitensiar Xidmət belə fikirləri qəbul etmir.

“Abzas Media”nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.

Ülvi Həsənli və iş üzrə təqsirləndirilən digər şəxslərə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il iyunun 20-də hökm çıxarıb. Hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Yeri hüquq müdafiəçilərinin açıqlamasına görə, hazırda ölkə həbsxannalarında 328 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı açıqlamaları qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ uygun mühakimə ediliblər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor

Naxçıvanda çörək sexlərindən şikayət: “Çəkini azaldıb alıcını aldadırlar”

admin