Tacxeber.com bildirir ki, Reuters agentliyinin vəziyyətlə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna Rusiyaya Qara dənizdəki hədəflərə qarşı hücumları qarşılıqlı olaraq dayandırmağı təklif edib.
Agentliyin məlumatına görə, Ukrayna təşəbbüsü üçüncü tərəf vasitəsilə çatdırılıb. Reuters mənbələri bildirir ki, Rusiya hələ cavab verməyib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl bildirib ki, Moskva hələ Qara dənizdə hərbi əməliyyatlara mümkün moratoriumla bağlı rəsmi təkliflər almayıb.
