28.1 C
Bakı
07 Avqust 2026 10:26
DünyaSiyasət

Bayramov Kiyevdə Zelenski ilə görüşüb: nələri müzakirə ediblər

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə görüşüb. Görüşdə müdafiə və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Ukrayna Prezidenti bu barədə özünün Telegram kanalında məlumat verib.

“Mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın tammiqyaslı işğalından bəri Ukraynaya ilk səfəridir. O, səfərinə İrpində başladı və orada Azərbaycanın dəstəklədiyi məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkdi. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlib bizi dəstəkləmək fürsəti tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyinizə görə təşəkkür edirik”, – deyə Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, danışıqlar zamanı o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinə Ukrayna ərazisinə davam edən Rusiyanın zərbələri, Qara dənizdəki vəziyyət və taxıl dəhlizləri ilə bağlı problemlər barədə məlumat verib.

Tərəflər həmçinin yüksək səviyyəli diplomatik əlaqələrin inkişafı, müdafiə sahəsində əməkdaşlıq və enerji, neft-qaz və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Zelenski bildirib ki, “Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, eləcə də konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin olmadığı masada Azərbaycan var

redaktor

Oktyabr-noyabr ayları azı 2 ölkədə – ABŞ-da və İsraildə çox maraqlı keçəcək

redaktor

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə apelyasiya məhkəməsi başlayıb

redaktor