DünyaSiyasət

Seuta hadisələri: sərhəd təhlükəsizliyi niyə vacibdir?

Prezident Donald Tramp cümə günü Nazirlər Kabinetinin iclasında bildirib ki, Mərakeşdən İspaniyanın Seuta anklavına miqrantların axın etməsi səhnələri “fəlakət” kimi görünür, kəskin tədbirlər görməsək bizim ABŞ-da baş verə bilər.

“Bilirsiz, dünən İspaniyadakını gördüm və baş verən fəlakəti izlədim. Bu, yüz minlərlə insanın bir ölkəyə işğalı kimi görünür. Və mən isə bunu izləyərkən oğluma dedim ki, bu vəhşilik, ölkəni işğal deməkdir. Səbəbi isə zəif qanunlar və pis idarəetmə, yumşaq liberal qanundur. İspaniya bir neçə qanun qəbul etdi və insanlar oxudular, gördülər çox yüngüldür. Və 3 mil məsafəni də hər vasitə ilə üzüb sədləri qırıb, işğalla girdilər.”

Bəli, Tramp heç də səhv demir. Ölkəni, ərazini, sərhədi, ya gərək sərt qoruyasan, qanunları da, sərtləşdirib və sərhədləri güclü hərbiləşdirərək. Ya da belə insan axını, onun da içində təxribat, terror, kriminal qruplaşmalar ölkəni tam alt-üst xaos edərlər. İllərlə qurulan, günlərlə dağıla bilir.

Artıq Avropa Birliyi dəstəyi ilə İspaniya qoşunu tanklar, zirehli hərbi maşınlarla hərəkətə keçib. Məlumata görə, bir slra silahlı, qatil, qadınlara hücum edən təcavüzçü, evlərə soxulan qarətçi, quldur yerindəcə güllələnib. Axtarışlar, həbslər davam edir. 60 min qaçqının yarısı geri verilib.

P. S.

Deyirəm, bu dinlərin bir işi də insanı reallıqdan alıb, xəyalpərəst “fantazyor” etməkdir. Yazır və deyirdilər şad, fərəhlə ki, ərəblər öz dədə-baba torpaqlarını hücumla geri aldı, kafir Avropaya qalib gəldi. Bir dindar qadın da yazır ki, basıb götürəcəklər müsəlmanlar Avropanı. Bunların ağıl düçüncəsi necə də düşürülüb, 5 yaşlı kimi. Baxırsan məəttəl qalırsan, bunlar niyə belədir?

İspaniya polisi ilkin vaxtlar yumşaq davranıb, bunlarda ürəklərib şirə dönüblər. Elə deyil axı.. Düşünə bilmir ki, bu qaçqın, ac-yalavac arvad- uşaq, qocası, xəstəsi, əliyalın, lap, əli dolu da olsa, güclü ordulu, 500 milyonluq Avropaya nə edə bilər ay Allahın cahili? Bəyəm, 7-ci əsrdir? Neçə hərbi raket, tank və sair bazaları var elə İspaniyanın özündə… Dini aqressivlik çoxalıb.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azorian layihəsi

admin

Dronların Gecəsi: Samara yaxınlığında Wildberries anbarında yanğın, Saratovda partlayışlar

redaktor

Putin ağlını itirmiş ola bilər, bəs Si Cinpin necə?

redaktor