DünyaMuharibəSiyasət

Müharibə torpaq, enerji resursları ilə bərabər, milli kimlik uğrunda gedir

Heç bir şübhə yoxdur ki, bu gün dünyada gedən qlobal proseslərin əsas hədəfi dövlətlərin milli müdafiə və ideoloji qalxanlarını yarmaq, sərhədlər qalsa da, mahiyyət etibarilə “vahid idarəetmə və düşüncə sistemi” formalaşdırmaqdır. Bu yeni model vasitəsilə milli kimlik, dil, din və mənəvi dəyərlər tədricən zəiflədilir, onların yerində isə süni şəkildə yaradılan “ortaq qlobal mədəniyyət” formalaşdırılır.

Nağd pulun tədricən dövriyyədən çıxarılması, rəqəmsal maliyyə sisteminin geniş tətbiqi, süni intellektin, robotların insan əməyini əvəz etməsi və nəticədə insan kapitalının əvvəlki əhəmiyyətini itirməsi bu qlobal strategiyanın tərkib hissəsidir.

Bu strategiyada sosial şəbəkələr də həlledici rol oynayır. Xüsusilə, Facebook, Instagram və digər platformalar artıq ənənəvi ünsiyyət statusundan çıxıb və milyardlarla insanın düşüncə tərzini, dövlətə, öz tarixinə, mental dəyərlərə münasibətini, davranışını, siyasi mövqeyini, psixoloji durumunu, sosial imkanlarını ildırımsürəti ilə izləyib təhlil etməyə imkan verən qlobal nəzarət mexanizminə çevrilib.

Mark Zukerberq və İlon Mask kimi şəxslər bu prosesin yaradıcı simaları kimi təqdim olunsalar da, əslində söhbət qlobal güc mərkəzlərinin uzunmüddətli strateji maraqlarına xidmət edən layihələrdən gedir.

Bəli, bu prosesin yırtıcı mahiyyətini anlayan bəzi dövlətlər milli mövcudluqlarını qorumaq üçün müqavimət göstərirlər, bəziləri müharibələrə cəlb olunub, bəzilərinin də əraziləri geosiyasi poliqona və rəqabət meydanına çevrilib. İkilistandartlar, müxtəlif iqtisadi-siyasi və hərbi üsullarla müdaxilə imkanları da öz yerində…

Düşünürəm ki, XXI əsrdə əsas mübarizə təkcə torpaq və enerji resursları uğrunda deyil, həm də milli insan şüurunun, milli kimliyin və dövlətlərin tarixi-milli dəyərlər əsasında inkişafını şərtləndirən amillərin qorunması uğrunda gedir. Əgər əvvəllər dövlətlər əsasən ərazi bütövlüyünü qorumağa çalışırdısa, bu gün məsələ daha stratejidir – milli kimliklərini, mədəniyyətlərini, dillərini, informasiya məkanlarını qorumaq üçün də səfərbər olmalıdır.

Bunu Şərq və Qərb mədəniyyətlərinin müharibəsi kimi də səciyyələndirmək mümkündür.

Belə bir yırtıcı qlobal proseslərdən hansı dövlətlərin sağ çıxıb-çıxmadığının növbəti 10-20 il ərzində şahidi olacağıq.

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Seuta böhranının arxasında duran geosiyasi oyun

redaktor

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Demokratiyanın nəticəsi rəqəmlərdə görünür

redaktor