Cəmiyyətİqtisadiyyat

Cəlilabad marketlərində müəmmalı yumurta

Qabığında dəlik izi görünən məhsullar narahatlıq yaradır.

Tacxeber.com xəbər verir ki, Cəlilabad rayonunda fəaliyyət göstərən bəzi marketlərdə satışa çıxarılan yumurtalarla bağlı narahatlıq doğuran görüntülər əldə olunub.

Sosial şəbəkələrdə əvvəllər xarici ölkələrdə “süni yumurta” iddiaları ilə bağlı müxtəlif paylaşımlar yayılsa da, hazırda Cəlilabadda satışda olan bəzi yumurtaların görünüşü alıcılar arasında suallar yaradıb.

Oxucular tərəfindən redaksiyamıza təqdim edilən fotolarda yumurtanın qabığında dairəvi dəlikə bənzər iz, qabığın daxili hissəsində isə həmin nöqtənin açıq şəkildə seçildiyi görünür.

Qeyd edək ki, təkcə fotolara əsaslanaraq bu yumurtaların mənşəyi və ya “süni yumurta” olması barədə hər hansı qəti nəticəyə gəlmək mümkün deyil. Bunun yalnız müvafiq laborator müayinələrdən sonra müəyyən edilməsi mümkündür.

Bununla belə, belə məhsulların satışda olması istehlakçılar arasında haqlı narahatlıq yaradır. İctimai maraq doğuran əsas sual isə budur:
Qida təhlükəsizliyinə nəzarət edən aidiyyəti qurumlar bu kimi məhsulların mənşəyini və təhlükəsizliyini araşdırıbmı? Qabığında qeyri-adi izlər olan yumurtalarla bağlı monitorinq və laborator analizlərin nəticələri ictimaiyyətə açıqlanacaqmı?
Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırıq. Məqsəd istehlakçıların sağlamlığı ilə bağlı yaranan suallara aydınlıq gətirilməsi və cəmiyyətin dəqiq məlumatlandırılmasıdır.(Regionaz TV)

Tacxeber.com

Oxşar xəbərlər

Dollara tələbin azalması iqtisadi durğunluğun siqnalıdır

redaktor

Təbiətin vəhdəti və ifadənin azadlığı: Bir qazinin İNTELLEKTUAL SÜRGÜNÜ

redaktor

Azad söz təhqir hüququ deyil

redaktor