8 ay əvvəl Londonun bir elit hotelində ölmüş halda aşkar edilən Səudiyyənin şahzadəsinin nəhayət ölüm səbəbi məlum olub. Ötən ilin noyabrında London otelində ölü tapılandan sonra, sui-qəsdlə bağlı böyük şübhələr vardı.
Otel işçiləri keçən il Londonda gecəsi 600 funt sterlinq (800 dollar) olan otağın vanna otağı döşəməsində 29 yaşlı gənc şahzadənin ölüm durumda aşkar etdikdə dərhal suallar yarandı. İndi, istintaq başa çatıb və hər şey dəqiq bilinir.
Şahzadə Abdullah bin Fəhad bin Abdullah kral ailəsinin üzvüdür, ürək dayanışından vəfat edib Rəsmi məhkəmə ekspertizası hesabatı ilə ürək dayanmasına gətirib çıxaran, spirtli içki və bir neçə narkotikin qarışığı (“kokteyl”) səbəb olub.
Şahzadə ölümündən bir neçə ay əvvəl alkoqol və narkotikdən asılılığı üçün müalicə alıb. Əsas da istintaqın diqqət mərkəzində olan hal bunlar idi: intihar varmı, ya başqa kimsə iştirak edibmi bu ölümdə? Və istintaq heç bir intihar qeydi və üçüncü tərəf iştirakını göstərən qeyd tapmayıb. Görünür, Səudiyyə Kral ailəsi təkid edib, zorakı ölüm şübhəsini bu dərəcə çox yoxlamaq üçün.
Öz qeydlərini edim…
Alkoqol və narkotikin qarışdırılması ilə bağlı bir ekspert kimi öz qeydimi edim, bəlkə xeyri oldu.
Bilmək lazımdır ki, uzun müddət spirtli içkilər, GHB-nin və benzodiazepinlərin qarışdırılması inanılmaz dərəcədə risklidir həyat üçün. GHB güclü (qamma-hidroksibutirat və ya natrium oksibutirat) ölüm təsirli psixoaktiv maddədir.
Bu dərmanlar hamısı mərkəzi sinir sistemini sıxışdırır, buna görə də birlikdə nəfəs almağı yavaşladır, ürəyi zəiflədir, şüuru aşağı salır və ölümcül dozada qəbul tələbi ehtimalını artırır. İnsan hiss keyiyir, hissiz artıq doza qəbul edir. Şahzadə Abdullahın məsələsi bu təhlükələri kəskin şəkildə ortaya çıxarır, bunun nə qədər asanlıqla ölümcül ola biləcəyini açıq göstərir.
P. S.
Bir də istintaqın 8 ay uzanışı təəccüb yaradır. Burada ölüm xəsarət yaradan fiziki, mexaniki travma yox, bunu yetirən şübhəlinin axtarışı, dindirilməsi yox, şahidlər də yox. Toksikoloji, kimyəvi, hisroloji, bioloji s. laborator ekspert müayinələrinə getsin bir ay. Şahzadənin də müalicələr aldığı klinikalardan intihara cəhd, işin içində 3-cü şəxsin olmaması sorğuları ilə birlikdə ümumən çəksin 3 ay. Bəs 8 ay nədir? Avropada istintaq, məhkəmə işləri çox uzanır.
