24 C
Bakı
10 Sentyabr 2026 13:14
İdman

“Sabah” Finlandiya çempionuna qarşı

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu “KuPS”u qəbul edəcək.

20:00-da start götürəcək görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)
Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu  (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Futbolçuların dini jestlərinə sərhəd qoyulmalıdır

redaktor

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin

Varqas Türkiyənin uğurudur, amma Türkiyənin uğuru təkcə Varqas deyil

redaktor