İdmanİqtisadiyyat

Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?

2026 Dünya Çempionatı böyük iqtisadi layihədir. FIFA və ÜTT-nin hesablamasına görə bu turnir qlobal iqtisadiyyatrda 80,1 milyard dollarlıq ümumi istehsal, 40,9 milyard dollara qədər əlavə ÜDM və təxminən 824 min tam iş ekvivalentində məşğulluq yarada bilər. FIFA-nın isə bir təşkilat olaraq, 2026-cı il üçün həmin dünya çempionatından təxminən 11 milyard dollar gəlir gözlədiyi də açıqlanıb.

Elə futbol biznes olduğu üçün dünya çempionatında 32 komandanın sayı 48-ə oldu, hissələrin ortasında su fasiləsi verildi, finalda 15 dəqiqəlik fasilə yarım saata çatdırıldı. Daha çox oyun daha çox yayım, daha çox reklam, daha çox sponsorluq gəliri gətirir. Azarkeş oyunu izləyəndə klub gəliri hesablayır, yayımçı reytinqi, spnsor da auditoriyanı düşünür. Yəni hər qərarın arxasında iqtisadi düşüncə dayanır. Hamı eyni oyuna baxır, amma hər kəs fərqli qazanc axtarır.

Buna görə də 2025-ci ildə kişi futbolunda beynəlxalq transfer ödənişləri 13,08 milyard dollara çatdı. Təkcə yay transferində əvvəlki il ilə müqayisədə 50 faizdən çox pul xərcləyiblər. Avropa futbol bazarının gəlirləri 2024/2025 mövsümündə 40,2 milyard avroya çatıb. Bir “Real Madrid”in bazar dəyəri təxminən 9,5 milyard dollar, bir mövsümlük gəliri isə 1,16 milyard dollar olub. İngiltərə Premyer Liqasının bir mövsümlük gəlirləri isə 7 milyard funt sterlinqi keçir. Ümumiyyətlə, Avropanın ən böyük 25 klubundan 17-si 2025-ci ildə rekord kommersiya gəliri əldə edib. Onlardan 12-də kommrsiya gəlirlərinin illik artımı 10 faizi keçib. Bu, qlobal ÜDM-in artım tempindən təxminən 3 dəfə yüksəkdir. Demeli, futbolçular artıq yalnız idmançı hesab olunmur. Onlar alınıb-satılan, qiyməti dəyişən və klubların balansında aktiv kimi göstərilən iqtisadi resursdur.

Ümumiyyətlə, ailədən, sevgidən və bəziləri üçün də vətəndən başqa demək olar ki, hər şey biznesdir.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

Turist azalmasını müharibələrlə izah etmək nə dərəcədə doğrudur?

redaktor

İngiltərə Argentinaya qarşı – DÇ-2026

admin

Putin Çinlə razılıq əldə bilmir

admin