19 C
Bakı
20 Oktyabr 2026 02:12
DünyaGündəmSiyasət

Zelenski müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti Xmaraya həvalə etdi

Ukraynanın müdafiə naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Yevgeni Xmara icra edəcək.

Hazırda Xmara SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) sədri vəzifəsini icra edirdi (Malyukun istefasından sonra), bundan əvvəl isə SBU-nun “A” xüsusi əməliyyatlar mərkəzinə rəhbərlik edib.

Fedorovun vəzifədən azad edilməsindən sonra Ukraynanın müdafiə naziri postuna daxili işlər naziri İqor Klimenko təyin olunacağı ehtimal edilirdi, lakin bu barədə qərar qəbul edilmədi. Bildirilirdi ki, o, guya bu vəzifədən imtina edib.

Etirazlara və narazılıqlara baxmayaraq, Zelenski Fedorovu müdafiə naziri postuna qaytarmadı. Bununla belə, Ukrayna qanunlarına görə müdafiə nazirliyinə yalnız mülki şəxs rəhbərlik edə bilər, Xmara isə formal olaraq hələ də fəaliyyətdə olan hərbçidir.

 

Tofiq Şahmuradov

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor