27.7 C
Bakı
15 İyul 2026 19:28
DünyaSiyasət

Məşhur Senator Qrehemin ölüm səbəbi. Xəstəlik yoxsa, sui-qəsd?

Görkəmli ABŞ senatoru və Trampın da hörmət etdiyi və daim məsləhətləşdiyi dostu, Ukrayna tərəfdarı, Rusiya işğalına və İran rejiminə qarşı çıxan, senatdakı, Rusiya və İrana qarşı bir çox sanksiya layihələrin müəllifi (Lindsey Graham) Lindsi Qrehemin qəfil ölümü, ona sui-qəsdin olması barədə bir sıra şübhələrə yol açdı. Bu barədəvaz əvvəl, ilkin, qısa yazımız olmuşdu.

Sui-qəsd şübhələri bir sıra dairələrdə Rusiya (FSB, QRU) kəşfiyyatı, mərhuma qarşı İranın molla fətvası, hətta, İsrailin “Mossad” xüsusi xidməti və s. tərəflərin üzərinə də yönəldilir.

Budur, ABŞ dövlət məhkəmə tibbi-ekspertiza idarəsinin ilkin ekspertiza nəticəsində görə, Qrehem aterosklerotik aorta disseksiyası və
genişlənməsi ürək-damar xəstəliyi səbəbi ilə vəfat edib. Lakin, qeyd də olunur ki, bu hələlik ilkin natamam nəticədir. Və irəlidə toksikoloji (kimyəvi ya digər zəhərlənmə və zorakı ölüm) ekspertizanın nəticələrindən aydın edilməliır.

Bu qəfil, sensasion və müəmmalı ölümdən əvvəlki dövrdə qısa xronoloji gedişata baxaq.

İyulun əvvəli Qrehem Rusiyaya qarşı daha kəskin, yeniləşmiş sanksiyalar qanunu paketini Senata təqdim edir və dəstəklənir.

İyulun 10-da prezident adminstrasiyası da sanksiyaların qanun layihəsini dəstəyə razılığı verir.

Həmin vaxt, 10 iyulda senator Qrehem artıq Kiyevdə səfərdə olur, Zelenski ilə görüşdə. Bu, senatorun Ukraynaya 10-cu səfəri idi. Qrehem
SkyFall dron istehsalı müəssisəsini ziyarət edir. Orada konkret vurğulayır ki Ukrayna Rusiyadakl dron istehsalı müəssisələrini vurmaq üçün çox vacib və güclü Tomaqavk raketlərini almalıdır.

Ukrayna prezidenti V. Zelenski Lindseyin azadlığın və dünyamızı daha təhlükəsizliyə çevirən dəyərlərin əsl müdafiəçisi olduğunu vurğulayır. Və bu səfər təbii ki, Kremli bərk qıcıqlandıran, hətta senatora qarşı sui-qəsd yaratma qədər qəzəbləndirə bilən missiya idi.

İyulun 11-i günorta vaxtı senator Qrehem ABŞ-a uçur, qayıdır. İşçilərinə özünü pis hiss etmə barədə şikayətlənir. Lakin, qərara alır ki, tibb yardımına müraciət edilməsin ki, axşam NBC kanalına müsahibəsi olması səbəbi ilə.

Arada işçilərinin Dərhal tibbi yardımı almaq vacibliyi məsləhətinə zarafatla belə deyir: “İndi hələ ölə bilmərəm… Hələ ki Rusiyaya qarşı sanksiyalar tətbiq edilmə, İranla məsələni həll etmə, İsraillə Səudiyyə Ərəbistanı arası normal münasibətə nail olmalıyam”.

Senator ertəsi gün, bazar günü səhər tibb müayinəsindən keçəcəyini bildirib. Bir neçə saat sonra isə vəfat edib.

Və o saatlar ərzində 11 iyul axşamı 18:30 Qrehem prezident Trampın zəngi ilə onunla da danışıb. Onlar senatorun Ukraynaya səfərini və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.

Tramp həmsöhbətinə Hörmüz boğazındakı ticarət gəmilərinə edilən daha bir hücumdan sonra, İrana qarşı yeni, daha kəskin zərbələr endirməyə hazırlaşdığını deyib. Tramp bildirib ki, söhət zamanı Qrehem ona yorğun olduğunu, lakin özünü normal hiss etdiyini deyib.

Qrehemin Kapitoli zirvəsi iqamətgahından dispetçerlərə saat 20:30 radələrində, ondakı sinə ağrısı ilə bağlı işçisi qadından zəng gəlib.

Saat 20:35 radələrində təcili yardım işçiləri Qrehemə ürək-ağciyər reanimasiyası aparıblar, lakin, bütün çalışılan prosedurlar nəticəsiz olub.

Senatorin ölüm səbəbi barədə nəticəm…

İlkin olaraq, senator Lindsi Qrehemin qəfil ölümün səbəbi barədə 2 versiya olaraq qalır.

1. Tibbi xəstəlik baxımından səbəb. Tibbi ekspertiza rəyində əsas qan damarı-aorta divarının aterosklerotik patologiya fonunda genişlənməsi göstərilir. Fikrimcə ölümə səbəb genişlənmə yox, aorta divarının zəifləyib cırılıb, partlaması, daxili qanaxma ola bilər. Senatorin atasının da bu yaşda bu xəstəlik ilə ölməsini nəzərə alsaq, bu çatışmazlıq onlarda yəqin ki, irsidir və ölümün səbəbi bu xəstəlik ola bilər.

2. Hüquqi-Kriminalistik baxımdan səbəb. İnsanda, hətta ağır xəstəlik olsa və o tutaq ki, az sonralar ölərdisə belə, hansısa kənar qəsdin təsirilə o xəstəlik ağırlaşıb, ölüm tezləşdirilirsə bu əməl, ölümü törədən cinayət hesab edilir…

Və əgər, xüsusi toksikoloji ekspertiza pozitiv çıxsa və bu orqanizmə yeridilən zəhərin dozası ölüm yaradan qədər olarsa, demək ki, senator Qrehemin ölümü zorakıdır, xəstəliyi geri qoyur.

P. S.
Bu, zəhərləmə ehtimalı isə necə baş verə bilər? Senatorin bir gün əvvəlki Ukraynaya səfərində Ukrayna xüsusi xidmətindəki hansısa bir xarici (yəqin ki, Rusuya) agentin, hansısa şəraitdə və formada Qrehemin özünə və ya hətta paltarına gectəsirli güclü toksik zəhər sürtməsi ola bilər. Necə, məsəl, Putinin rəqibi Navalnının paltarına çox təhlükəli kimyəvi toksik bir zəhər “Noviçok” sürtülmüşdü. (Bu barədə araşdırma yazım var).

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın yeni hücumları Çabahara yönəlib

redaktor

Boş yerə xərclənən istedad

admin

Rusiya bir gecədə 17 tanker və iki qaz daşıyıcısını itirdi

redaktor