22 C
Bakı
16 Oktyabr 2026 11:01
DünyaGündəmSiyasət

ABŞ-ın yeni hücumları Çabahara yönəlib

ABŞ-ın İrana qarşı həyata keçirdiyi yeni hücumlar Çabahar şəhərini hədəf alıb.

Yayımlanan görüntülərə əsasən, zərbələr nəticəsində Bəndər Şəhid polis bölməsi, eləcə də əsas dəniz nəzarət qülləsi vurulub. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik itkilər və dağıntıların miqyası barədə ətraflı məlumat açıqlamayıblar.

Qeyd edim ki, Çabahar İranın Hind okeanına birbaşa çıxışı olan yeganə limanıdır. O, həm də Pakistanın Gvadar limanı ilə qonşudur. Görünən budur ki, ABŞ-ın yeganə dərdi İranın neft və qaz yataqlarına nəzarət etmək deyil. ABŞ həm də İranın dünya ilə bütün əlaqəsini kəsib onu “öz yağında qovrula-qovrula bişməsini” istəyir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor