Sağlamlıq

Tərkibində yüksək miqdarda yod olan QİDALAR

Yod çatışmazlığının qarşısını sadəcə qidanızı tənzimləməklə almaq olar…

“Müxtəlif dəniz məhsulları, xüsusən də dəniz yosunu, gavalı və zoğalın tərkibində yüksək miqdarda yod var”.

Tacxeber.comxəbər verir ki, bunu terapevt Zarema Ten “NEWS.ru”ya verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, yod çatışmazlığının qarşısını sadəcə qidanızı tənzimləməklə almaq olar. O qeyd edib ki, qidanıza yodlaşdırılmış duz əlavə etmək bu elementi bərpa etməyə kömək edə bilər.

“Orqanizm üçün vacib olan yodu haradan əldə edə bilərsiniz? Xoşbəxtlikdən, onun çatışmazlığını bərpa etmək olduqca sadədir. Dəniz məhsulları yodun ən zəngin mənbələrindən biridir: dəniz yosunu, treska, tuna balığı, karides (krivetka) və midiya. Yodlaşdırılmış duz kütləvi profilaktikanın ən əlverişli və effektiv üsuludur. Onu artıq hazır olmuş yeməklərə əlavə etmək vacibdir, çünki yod qızdırıldıqda buxarlanır. Yod süd məhsullarında və yumurtada da olur, lakin bu, heyvanların yediyi qidadan asılıdır. Həmçinin bu element zoğal və gavalıda da olur”, – Ten vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor