Amerikalı respublikaçı senator Lindsi Qrem 71 yaşında qısa sürən və gözlənilməz xəstəlikdən sonra vəfat edib. Bu barədə onun ofisi məlumat yayıb. Ölümün səbəbi açıqlanmayıb.
Qrem sərt xarici siyasət mövqeyi ilə tanınırdı. O, ABŞ-ın hərbi gücünün artırılmasını dəstəkləyir, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və İrana təzyiqlərin gücləndirilməsinin tərəfdarı idi.
Senator ölümündən az əvvəl Kiyevə səfər etmiş və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.
Qeyd edək ki, Lindsi Olin Qrem 2003-cü ildən ABŞ-ın Cənubi Karolina ştatını təmsil edən senator idi. 2019-cu ildən Senatın Hüquq Komitəsinin sədri, 2025-ci ilin yanvarından isə Senatın Büdcə Komitəsinin sədri vəzifəsini icra edirdi.
