DünyaMuharibəSiyasət

Əsrin böyük yanlışı…

Bu saat, dünya üzrə ən qaynar nöqtə Afrikada, Cənub-Şərqi Asiyada ya nə də ki, hətta İrandakı münaqişə, müharibələr deyil. Bu saat dünyanın ən alovlu və qlobal dönüş yarada bilən qaynar nöqtəsi əsasən Rusuya-Ukrayna müharibəsidir. Daha da dəqiqi, bu son günlər Rusiya ərazisidir.

Heç kimin 2-ci Dünya Müaharibısindən sonra 85 ildə gözləmədiyi, proqnoz verə bilmədiyi bir haldır: Rusiya od-alov içində yanır. Ölkənin hər tərəfində neft-qaz emalı, digər mühüm obyekt, hərbi infrastrukturu, gəmiləri, onilliklərdə əsas gəlir gətirən mənbə sahələri Ukrayna tərəfdən vurulur, yanır. Müdafiəsi də, demək olar, çöküb. Kremldə çaxnaşmadır, xalq isə, xeyli etirazda!

Bir canlı həqiqət…

2022-ci ilin əvvəli idi. Moskva, Kremldə qızğın hədələyci əhval var idi Ukraynaya qarşı. Bütün Qərb mətbuatı, siyasi təhlilçilər, elə postsovet məkanı və bizim Azərbaycanda da deyirdilər ki, Rusiya Ukraynaya hücum edəcək. Mən isə son günədək inadla deyirdim ki, Putin bunu etməz!

Ancaq, 22 fevral 2022-də Putin bunu etdi. Belə halda, əsas da Rusiyanın “5-ci kolonu” tərəfdən mənə xeyli atmacalı və qürurlu siqnal və şərhlər gəldi ki, rişxəndlə: “nə oldu bəs?”. Əl çəkmıdilər. Cavab yazdım ki mən Putini ağlı başında dövlət adam bilib, düşündüm ki, o bu intihara getməz!

Sözüm tutdu deyəsən, onları. Sakitləşdirər. Bu, atmacalar və cavabım öz səhifəmdə bu gün də durur. Və bu gün artıq, aradan 4 il yarım keçmiş əlahəzrət zaman, həmin o, Rusiya şəbəkəsinin başbilənlərinə sübut edir, bunu da oxusunlar ki, Kremlin o addımı ağlasığımaz intihar yanlışı idi.

P. S.
Budur videoda, 6 gündə Rusiyanın Azov dənizi sularında 72 həmin, tankeri vurulub! Çöküşdür!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Lindsi Qrem: rəqibləri dost edən siyasətçi

redaktor

Lindsi Qrem Kiyevə səfərindən sonra qəfil vəfat edib

redaktor

ABŞ İrana qarşı növbəti hücuma başladı

redaktor