İstanbuldan göndərilmiş yeni baş prokurorun sanksiyası ilə şəhərin mərkəzi rayonu, 1 milyon əhalisi olan Çankaya bələdiyyəsindən başlamaqla paytaxtda CHP-nin Özgür Özəl qanadını dəstəkləyən bələdiyyələrə qarşı əməliyyatlara start verildi.
Burada əsas hədəfin kim olduğu sirr deyil: İmamoğlundan sonra Ərdoğanı məğlub edə biləcək daha bir nüfuzlu fiqur olan Mansur Yavaş. İddiasından və mövqeyindən vaz keçməsə, sıranın ona gələcəyi şübhə doğurmur. Eyni zamanda, Özgür Özəlin həbs olunacağı barədə söz-söhbətlər də artıb.
NATO zirvə toplantısı ilə beynəlxalq legitimliyini gücləndirən, ABŞ və Britaniyanın dəstəyi ilə hərəkət edən Ərdoğan növbəti seçkilərin taleyini də seçkidən əvvəl həll etməyə çalışır. Görək, bu dəfə də alınacaqmı?..
