Mətbuat, yazır: Tramp guya, İrandan qorxub. Bilək ki: Tramp tipi aldadıcı və təhlükəli olur!
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hökuməti Amerika prezidentinə sui-qəsd təşkil edəcəyi və ya cəhd edəcəyi təqdirdə təlimatlar verib, ABŞ ordusu İranı yer üzündən silsin. Və bir də, bu ara Tehran xahiş edib ki, danışıqlara da davam edilsin, Tramp da buna razılıq verib.
Müşahidələr isə göstərir ki, bu söhbətlərin hər ikisi Trampın xüsusi oyunudur. Hər ikisi, İranın rejiminə qarşı son ağır zərbə vurub məhvetmə torbası tikmək planıdır. İrandan Tramp və ABŞ tərəfə sui-qəsd, terror təhlükəsi düzəldib, ABŞ cəmiyyətinə və beynəlxalq müttəfiqlərinə İran rejimini silmək vacibliyini agah etməkdir. Həm də danışıqlar davamına razılıq isə bu zərbələri payızdakı ilkin seçkilər sonrasına yubatmaqdır.
ABŞ-ın İrandan qorxub çəkinməsi gülünc uşaq söhbətidir. Reallıq var: İrandan yüz dəfə böyük Çin, Rusiya nahənglər çəkinir ABŞ-dan. İran nə vaxt, kimə terror edib? İşi, maket yandırmaqdır.
Yadda saxlayaq ki, Tramp psixoloji analizə çox çətin gələn, qeyri-standart insan tipidir. Bu cür şəxslər üzdə qeyri-stabil dəyişkən, hətta özünü lazım olanda bambılı kimi göstərə bilən olurlar. Və bununla da, rəqibini rahat edib, irəli buraxıb, lazım olanda, tələyə sala bilən təhlükəlidir çox.
Elə-belə adam tipi deyil bu! Adam, prezidentlik postunadək biznes edib, 85 milyard dollaradək kapitala sahib olub və üstəlik, 2 dəfə prezident seçilib. Amerika kimi çox çətin biznes və siyasi rəqabət, sərt qanun mühitində bacarıq, bilgisiz “bambılı” adam heç, bu uğurları əldə edə bilər?
Hələ, 2-ci prezidentliyə gələndən onun daxili və xarici siyasətdə nələr etdiyi, aktivliyini saysaq…
