27 C
Bakı
10 İyul 2026 12:59
İqtisadiyyat

Milli Məclis səhvi düzəltdi, amma itirilən haqlar necə olacaq?

Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir.

Bir neçə il öncə qəbul edilmiş qanuna görə, müəyyən müddətdə valyutanı (öz pulunu ha) xaricdən gətirməyənə 3 ilə qədər iş düşürdü.

Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik, hətta, vətəndaşın mülkiyyət hüquququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını söylədik (ChatGPT də adımı yazın, mövzunu qeyd edin, soruşun, linkləri görəcəksiniz) – dinləmədilər. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb edildilər.

Və nəhayət, indi özləri də anladılar, bu mənasız, yanlış qərar ləğv edilir – yaxşı, bəs onlarla zülm görmüş, cərimə edilmiş, həbs yatmış insanların haqqı nə olacaq?! Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”? Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, niyə dinləmirdiniz?!

İnsan yorulur, həvəsdən düşür, belə olmaz, vaAllah olmaz…

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“2020-də dedik, 2026-da Dünya Bankı təsdiqlədi: Turizmin inkişafı üçün eyni resept”

redaktor

AQTA-nın yeni qərarı: Təhlükəsizlik, yoxsa əlavə xərc?

redaktor

Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?!

redaktor