26.2 C
Bakı
09 İyul 2026 20:59
DünyaSiyasət

Bu cür, ifratçılıq, həddi aşmaq uzun çəkməzdi

Cəmi iki ay keçməyib. İranın çox çətin anında ABŞ-ın onu vurub zəiflətdikdən sonra ona son yekun sarsıdıcı zərbəsi hazırlanırdı. İran rejimi bu an durumun kritik olduğunu görüb danışıq, razılaşmalara getmək istəyini bildirdi. Tramp da, hansısa siyasi maraqla, məsələyə dünyanı, müttəfiqlərini də təəccübləndirən razılıq verdi.
Memorandum imzalandı, atəşkəs elan edildi.

İran rejimi isə bu, nəfəsdərmə fürsətini sosial, iqtisadi quruculuğa, siyasi reformalara, xarici siyasətdə aqressiya təxribatlar, inqilab ixracı niyyətlərinə və s. son qoymağa yönəltməli idi. Yönəltmədi, öz, rəzil xisləti və mahiyyəti üzrə.

Əksinə, “ABŞ-a qalib gəldik!” yalanını deyərək, hay-həşirə, atılıb-düşməyə, “Əmrikəyə ölüm!” “İtrail dünyadan silinsin!” ekstazlı həngaməli “karnavallara” başladı. O qədər ki, öz “qələbə” yalanına özü inanmağa başladı. Və o qədər inandı ki, elə bildi, ABŞ, dünya ondan qorxur, regionda özünü qoçu hesab etməyə başladı.

Və bu gedişlə elə qızışdı ki, getdi, buynuzunu çobanın çomağına sürtdü, Hörmüzdə Omana aid sularda dinc ticarət gəmilərini vurdu… Və çoban da hirslənib, çomağını işə salmalı oldu. Ankarada NATO Sammitindən əmr verməklə. Görünməmiş zərbələr vurdu, İranın cənubuna.

İndi, 2 gün sonra gedişat nədir?

İran rejimi üçün çox çətin. ABŞ artıq, ağır hərbi vasitələrini geri qaytarır. Avropaya yerləşdirdiyi tanker (havada “zapravka”) təyyarələrini təcili, İsraildəki bazalar da daxil, Yaxın Şərqə daşıyir.

Üstəlik, İranın sərhədləri yaxınlığında yenidən nəhəng hərbi dəniz qrupları toplanır. Hazırda bölgəyə dörd əsas böyük gəmi yerləşdirilib: iki təyyarədaşıyan gəmi, “Abraham Linkoln” həm, “George Herbert Walker Bush”, eləcə də Tripoli və Boxer Amfibiya qırıcı və hücum gəmilərinin rəhbərlik etdiyi iki Amfibiya hərbi qruplaşması.

Donald Tramp artıq, tam açıq şəkildə Hörmüz boğazı ətrafındakı istənilən təzyiq ssenarisini başlatmağa hazır olduğunu qətiyyətlə göstərir. Yəqin ki, buna geosiyasi şərait də imkan verir, bu atəşkəs dövrü, Çin, Avropa, Türkiyə, ərəblər, və Putinlə aranı düzəltdi, İrana qarşı hazırlıqlı.

İndi, İran, SEPAH rejimi və elə onun xaricdəki proksi zombi şəbəkələri də səslərini yenidən içinə çəkib, susub, gözləyirlər: axırımız necə olacaq, bu ara qızışıb, zibilini çıxartmadıq ki?

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

108 ilin sualı: Azərbaycan hansı dövlət modelində daha çox inkişaf etdi?

redaktor

NATO-nun Ankara sammitinin nəticələri: Alyans ikiyə bölünmə mərhələsinə qədəm qoydu

redaktor

ABŞ İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib, çoxlu sayda insan ölüb və yaralanıb

redaktor