Quru sərhərləri bağlı olan məmləkətimizdə bu günlərdə, “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması”, mövzusunda tədbir keçirilir. Artıq gülməlidir, deyilmi?! Amma, ardı da var.
Tədbirdə Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şon Mann da iştirak edib və maraqlı açıqlmalar verib, sitat:
“Lüks hotellər Azərbaycanın turizm potensialını tam reallaşdırmaq üçün kifayət etmir. Regionlarda yeni turizm marşrutlarının yaradılması, kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların, bələdçi xidmətlərinin və digər turizm məhsullarının inkişafı turistlərin xərclərinin daha böyük hissəsinin yerli iqtisadiyyata yönəlməsinə imkan verəcək”.
Bu mövzuda çox danıçmışam, 2020-ci ildə verdiyim müsahibənin linkini şərhlərdə yerləşdirəcəm, 12 may, 2020-ci il, 6 il əvvəl:
“Çox yüksək səviyyəli otellər həddindən artıq bahadır. Daxili turizmdə alıcılıq qabiliyyətinin də indiki dövrdə ümumiyyətlə, aşağı düşdüyünü nəzərə alsaq, bahalı otellər zəncirinə, bahalı dincəlmə məkanlarına gedənlərin sayının məhdud olacağını düşünürəm. “Home hotel” tipli konsepsiyanın inkişaf etdirilməsi üçün yaxşı fürsət yaranıb. Regionlarda, əsasən də təbiəti gözəl olan regionlarda ev şəraitində kiçik otellərin açılması ya da açılmış otellərin işlədilməsi üçün fürsətlər yarana bilər. Qiymətlərin münasib olduğu şəraitdə ora yay aylarında, əsasən də, iyul-avqust aylarında insanların Bakıda çox isti olan zaman getməsi mümkündür.
Belə cəlbedici təkliflər olsa kifayət qədər çoxlu sayda insanlar istifadə edə bilər. Bu tipli otellərə, ciddi vergi güzəştləri tətbiq edilməlidir.
Bu da kiçik otelçilikdə stimullaşdırmaya səbəb ola bilər və eyni zamanda qonaqlama evlərinin artması sahəsində də, daxili turizm sahəsində canlanmaya səbəb ola bilər”.
2020-dən öncə də eyni fikirləri demişik, 6 il əvvəl dediklərimizi indi bir ətək pul verib dəvət etdiyiniz Şon Mann da deyir – onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz. Nə bilim ala…
