CəmiyyətHadisə

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

Məlum olduğu kimi Professor Cəmil Həsənlinin bu yaxınlarda Londonun “Routledge” nəşriyyatında “The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953” kitabı nəşr olunmuşdu. Kitab bütün dünyada böyük marağa səbəb olub. Bu əsər İran mövzusunda yazıldığı üçün məlumat verildiyi kimi müəllif kitabın bir nüsxəsini də iyunun 2-də İranın Azərbaycandakı səfirliyinə hədiyyə etmişdi.

Bununla bağlı olaraq bu gün professor Həsənli Bakıdakı İran səfirliyinə dəvət edilib və səfir Moctəba Dəmirçilu tərəfindən qəbul edilib. Söhbət zamanı Cəmil Həsənli dəvət üçün təşəkkürünü bildirib və son müharibə zamanı ali dini rəhbərin, digər rəsmi və mülki insanların həyatını itirməsindən, xüsusi ilə hərbi əməliyyatlar zamanı qızlar məktəbinin vurulması nəticəsində çoxlu sayda məktəblinin ölümündən təəssüfünü bildirib. Eyni zamanda Professor Həsənli ötən ağır günlərdə Azərbaycan Respublikasının təcavüzə məruz qalmış İran xalqına humanitar yardım göstərməsini müsbət qiymətləndirib.

Eyni zamanda Cəmil Həsənli yuxarıda qeyd edilən kitabın “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində nəşrini (İran neftin kölgəsində: Müsəddiqin milli cəbhəsi soyuq müharibənin burulğanənda, 1949-1953) və bir neçə il əvvəl Yutah Universitetində nəşr edilmiş “The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920–1922” kitabını səfirə təqdim edib.

Səfir İranla Azərbaycan arasında elmi və mədəni əlaqlərin, xüsusi ilə tarix sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib və Professor Həsənlinin Tehranda fars dilində nəşr olunmuş əsərləri ilə tanış olduğunu bildirib. Sonda səfir Moctəba Dəmirçilu İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Ərqçının Bakıda Azərbaycan dilində nəşr olunmuş “Danışıqların gücü” kitabını Professor Həsənliyə hədiyyə edib. (AzadlıqQəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şimali Koreya variantına doğru daha bir addım

redaktor

Gündəm Auditorlar Palatasında 717 min manatlıq yeyinti işində idarə rəisi 2 min manat cərimələnib

admin

Rus politoloq – Putinə ən böyük problemi Avropa yarada bilər

admin