Bir neçə saat əvvəl, Ukrayna hücumunun son nəticələrindən biridir, Rusiyanın uzaq Sibirdə, Kiyevdən 3700 km aralıda, Omsk şəhərindəki mühüm neft strukturları vurması qeydə alınıb
Omsk Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodudur. Onun illik gücü təxminən 22 milyon ton neftdir ki, bu da Rusiyanın bütün neft emalının təxminən 15%-ni 1/6 təşkil edir.
Bu zavod ölkədə benzin və dizel yanacağının təxminən altı litrindən birini, eləcə də aviasiya kerosininin əhəmiyyətli bir hissəsini istehsal edir. İstehsal miqyasına və daxili yanacaq da bazarının təminatındakı rolu üzrə Omsk Neft Emalı Zavodu Rusiyanın strateji əhəmiyyətli istehsal müəssisələrindən biri hesab olunur.
Təsəvvür etsək ki, hər bir belə böyük və çox mürəkkəb strukturlu zavodun yanıb kül olma sonrası, bərpası bir neçə il və böyük də xərc tələb edirsə, neçə belə zavodun vurulması bu ölkəni necə ağır yanacaq böhranına sala bilir.
