DünyaSiyasət

Anakliya layihəsində Azərbaycan üçün yeni fürsət

Gürcüstan hökumətinin Anakliya dərin dəniz limanı ilə bağlı qərarını dəyişməsi Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün xoş xəbərdir.

Gürcüstan hökumətinin Anakliya dərin dəniz limanı ilə bağlı qərarını dəyişməsi bu limanın Çinə verilməsi prosesini dayandırıb. Gürcüstandan gələn xoş xəbərlər bununla kifayətlənmir.

“Güclü Gürcüstan – Lelo” Partiyasının liderlərindən biri İrakli Kupradze Gürcüstan hökumətini Anakliya limanını Azərbaycan və Ermənistanın iştirakı ilə birlikdə inşaa etməyə çağırıb. Qənaətimcə, bu təklif Azərbaycanın həyati maraqlarına uyğun olduğu üçün İrakli Kupradzenin təşəbbüsünü diplomatik addımlarla dəstəkləmək zəruridir.

TRIPP layihəsi kimi İrakli Kupradzenin təklifi də Cənubi Qafqaz respublikalarının suverinliyini artırmaqla yanaşı bölgənin iqtisadi inkişafına önəmli töfhə verəcək.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin