İdmanİqtisadiyyat

Duran “Qarabağ”dan getmək üzrədir – “Seltik” nə qədər ödəyəcək?

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini yekunlaşdırmağa yaxındır.

Bu barədə “Glazgow Times” nəşri məlumat yayıb. Qeyd edilib ki, kolumbiyalı futbolçunun nümayəndələri artıq Şotlandiyadadır və tərəflər müqavilənin son detallarını müzakirə edirlər.

Bildirilir ki, transferin dəyəri təxminən 3 milyon funt (3,5 milyon avro) sterlinq olacaq.

Daha əvvəl “Qarabağ”ın qarşı tərəfdən 3,5 milyon funt sterlinq tələb etdiyi xəbəri yayılmışdı.

Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın “Portimonense” klubundan 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. Beləliklə, Ağdam təmsilçisi futbolçunun satışından təxminən 15 dəfə gəlir əldə etmiş olacaq.

24 yaşlı hücumçu ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq Avropa klublarının diqqətini cəlb etmişdi.

Mənbənin iddiasına görə, transfer rəsmiləşərsə, Duran bu yay “Seltik”in Aleks Oksleyd-Çemberlendən sonra ikinci transferi olacaq. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İran adlanan ölkədə, bir yumurtanın qiymətində görünən böyük iqtisadi böhran

redaktor

O epizodda qapı arxasındakı kamera nəyi çəkirdi?

admin

“Hapoel” azarkeşləri durmadan Bakıya gəlir

admin