28.6 C
Bakı
05 İyul 2026 22:52
DünyaSiyasət

PUA dövrü: ABŞ bazaları niyə əvvəlki qədər təhlükəsiz deyil?

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında Ukrayna Rusiya ərazisinə azı 63.993 təyyarə tipli PUA ilə hücum edib. Aylar üzrə onların sayı aşağıdakı kimi olub:

Yanvar – 5.394
Fevral – 5.989
Mart – 11.211
Aprel – 9.372
May – 14.195
İyun – 17.832

Göründüyü kimi, Rusiyaya göndərilən PUA-ların sayı 6 ay ərzində ay-ba-ay artmaqda davam edib və son 2 ayda onların sayı 6 aydakı ümumi sayın yarısından çoxunu (32.027) təşkil edib. Bütün Avropanın, hətta Tayvanın da Ukrayna üçün PUA-lar hazırladığını nəzərə alsaq, proqnoz etmək olar ki, növbəti aylarda onların sayı daha da artacaq.

Bir gündə göndərilən PUA sayları üzrə rekord isə aşağıdakı günlərdə olub:

17 may – 1.054
18 iyun – 992
30 iyun – 927
6 iyun – 911
23 may – 800

Əslində PUA sayı daha çox olub, çünki PUA-ların bir çoxu REM sistemləri vasitəsilə sıradan çıxaraq meşəliklərdə, çöllüklərdə düşür və bəzən aylarla heç kimin onlardan xəbəri olmur. Bundan başqa, yuxarıdakı statistika kopter tipli dronları və raketləri nəzərə almır.

Statistikaya əsasən, PUA-ların 2-4%-i hədəfə çatır, qalanları ya HHM sistemləri ilə vurulur, ya da REM sistemləri ilə sıradan çıxarılır.

Ukraynada da, təxminən, eyni vəziyyətdir. Ukrayna da PUA-rın çoxunu vurur, lakin raketlərin və yeni reaktiv PUA-ların vurulma faizi aşağıdır.

İndi ABŞ-ın başqa hərbi bazaları ilə müqayisədə ən yaxşı müdafiə olunan Yaxın Şərq bazalarını təsəvvür edin. İran onlara bir gündə 10-15 dronla hücum edirsə, azı yarısı hədəfə çatır. Bir gündə 1000 dron göndərsə, o bazalardan əsər-əlamət qalmaz ki!

Yəni nə qədər ki ABŞ bazalarının PUA-raket hücumlarından daha ucuz müdafiə vasitələri tapa bilməyib, Yaxın Şərqdən geri çəkilməyə məcburdur. Bu onun dünyaya səpələnmiş 800-dək hərbi bazalarına da aiddir. ABŞ yaxın illərdə bazalarının sayını azaltmağa məhkumdur, çünki müasir ucuz hücum silahları dövründə bu qədər bazanı müdafiə etmək mümkün deyil.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Dünən kənara çıxan Paşinyanı qınayan Lukaşenko, bu gün özü, oyundan çıxır…

redaktor

Ağılsız müharibədən ağıllı çıxış olmur

redaktor

Piyada Qoşunları Onlayn Olur: Fransa Döyüş Robotlarından ibarət Ordu Yaradır

redaktor